2014-cü il Reddit “Ask Me Anything” (AMA) sessiyasında ona gündəlik həyatda gözlənilməz olaraq nə etməyi sevdiyi ilə bağlı sual verilmişdi. Gates cavabında belə yazıb:
“I do the dishes every night — other people volunteer but I like the way I do it.”
Yəni: “Hər gecə qabları mən yuyuram — başqaları könüllü olur, amma öz etdiyim üsulu xoşlayıram.” Bəli, gördüyünüz kimi Bill qab yumağı sevir öz evində, bu məlumatı mən İkiqay əsərində rast gəldim. Bunu Mikroaxın başlığında yazır yazarlar. Hektor və Fransesk, hər iki yazar, mikroaxın başlığında bildirirlər ki, kiçik şeylər də insanı xoşbəxt edə bilirlər.
Ya da Riçard Feynman, məşhur fizik, Thinking Machines firmasına işə dəvət ediləndə ilk iş günü Uilyam Daniel Hillis(təsisçi) yaxınlaşıb eynən belə deyir, Riçard, mən hansı işin qulpundan yapışa bilərəm?. Düşünün, iş sahibi əməkdaşdan ona iş verməsini istəyir. Ona yaxında ofisə gərəkli olan dəftərxana ləvazimatları alması gərəkildiyini deyirlər və o da bu işi tamamlayır.
Mikroaxın adi işlərdən də zövq almaq da mümkündür. Gördüyünüz kimi, milyoner də milyarder də kiçik işlərlə özlərini xoşbəxt edə bilirlər və bu kiçik şeyləri etməkdən yayınmırlar. Zövq də alırlar, özlərini kənara çəkmirlər.
Tokyoda, liftçi qızlar var. İndi sayları azalıb. Böyük univermaq və iş mərkəzlərində lifti çağırar, səni qarşılayar, liftin düyməsini basar və sairə. Bu işi görən qızlar gördükləri eyni işdən təngə gəlməzlər! İşi sevə sevə edirlər və məkan ziyarətçilərini də xoşbəxt edirlər.
