Allah təala, fərdi yanaşdığı halda bir çox din insanı ümumi yanaşır. Dini yaşayan və yaşadanlar, dini yanaşmalar edəndə fərdi yox, tam ümumi baxış qoyurlar ortaya. Qarşı tərəfi dinləmir, anlamır və ona vaxt ayırmaq istəmir. Onun varlığını az qalsın heçə sayır.
Halbuki, Yaradan hərkəsə özü qədər yaxındır, çox yaxındır. O qədər yaxındır. Gözləntim, böyük din adamlarından fərdi yanaşma yox da, lokal səviyyələrdə çıxış edən dindar insanların elə şəxsi yanaşmalara önəm vermələridir.
Standart işin asan tərəfidir, ən rahatıdır. Bir dini cümlə gətirmək, bu küfürdür deməklə, qarşındakını paketləmək, ən yüngül olan tərəfidir. Kimisə nəyəsə inandırmaq üçün məqbul bir yanaşma deyil. Dəfələrlə demişəm, asanlıqla gələn, asanlıqla da gedər.
Əziyyət çək, Hacı, əziyyət. Yoxsa sənə niyə inanılsın, güvənilsin. Ambalajlamağa nə var ki!?
Dinlərin də zamanla zəifləməsi buna bağlıdır. İndividualın ciddiyə alınmaması. Fikir verin, hansı dində icmalar var və lokal səviyyədə güclüdürlər, varlıqları daha da istiqrarlıdır.
