Dünən bir çox düşüncələrdən sonra belə bir fikir ağlıma gəldi ki, niyə bunları yazmayasan. Maraqlıdır ki, insanlar daha çox bu mövzudan yayınır, amma deyəcəm.
1 dost çevrəsi düşünün, amma 20 ildən çoxdur ki, bunlar oturur, yeyir, içir, danışır, müzakirə edirlər. Bu dost mühitinə düşünün ki kənardan biri gəlir və rahatlıqla ələ keçirir bu mühiti. Boşluqları görür və hər birinə bir fərqli yanaşma ilə yaxınlaşır. Bütün zəif mühit əlinə keçir. Düşün ki, hərəsinə bir başqa cür davranır. Davranışları da qeyri səmimi, dağıdıcı. Ancaq öz maraqları, öz mənafeyi. Bu halda öz kiçik imperiyasını qurur. Hər birinə bir həqiqəti fərqli yalanlarla yedirir. Təbii ki, zamanla bu çevrə bunu güclü qəbul edir, hörmət edir və böyük kimi qəbul edir. Çox təəssüf ki, bu bir xeyli müddət çəkir. Özünü fərqli göstərir və imanlı, inanclı, vətənpərvər, ali dəyərlərə sahib və sairə. Böyük insan, bütün böyük düşüncələr sahibi kimi davam edir həyatına bu kruqda. Gəl zaman, get zaman. Zamanla kruqdan biri bu böyük adamın boşluqlarını görür və tanımağa başlayır. Amma tam yox. Və ya digər kimsə, kruqdan bu böyük adamla iş görür və o işdə haqsızlıq görür. Zərər edir. Digər kruqdan bir yoldaş bu güclü şəxsiyyətlə bağlı kənardan bir pis rəy eşidir. Ancaq ona demir.
Sonuncu aşamada kruqdan biri deyir ki, mənim deyəcəyim var. Nədir? Bəs bu böyük adam mənə bu pis hərəkəti edir. Nə danışırsan? Bu adam, mənə də pislik edib. O birisi də dilə gəlir ki, mən də onun haqqında bunu eşitmişəm. Məlum olur ki, hər kəs ondan pis bir şey bilir və ya pislik görüb, ancaq hamısı susub. Susmaq bunların ortaq yönü olub. Bu kruqun ən ortaq yönü susmaqları bacarmaqlarıdır.
Bu kruqun başına özü boyda daş düşsün. Mal gedib, vaxt gedib, resurs gedib. Nə qalıb ortada? Bir dağın yamaclı təpəsi. Kənardan baxıb, için ağrıyır ki, südəmər uşaq sizdən daha fərasətlidir. Heç olmasa, ağlıyanda səsin çıxardır. Utanırlar bir birlərinə baxmağa. Sözləri udquna udquna deyirlər bir birlərinə. O adam isə artıq yoxdur ortada. O adam burada qısas, nifrət və acı buraxıb getdi.
O adam haradadır desəniz? Yeni kruqda… Yeni qurbanlarının arasında. Köhnə kruq hələ də susur. Susmağa davam edir.



