Onun 32 yaşı var. O müəllimədir. Tanınmış universitetlərdən birində. Öğrətməndir, öyrədəndir. 10 ildir.Bugün günlərdən odur. Onun günüdür. Ondan bəhs etmək istəyirəm. O kimdir?
Ümidsiz. Özündən ümidsiz. Tələbələrindən ümidsiz. Özü umidsiz, tələbələri ümidsiz. Kim kimə nə verəcək!?
Qorxaqdır. Ruhu cəsurdur. Düşüncələri qorxur. Davranışları qorxaqdır. O bir qorxaq insandır. Addım atılacağı yerdə, addım ata bilmir. O addım ata bilmirsə, həyatı yerindədir. Xamyakın çarxı kimi. Hərəkət etsə də, yerindədir.
Hərəkətsizdir. Hərəkətsizdirsə, demək ki, paradiqma shift yaşayır. Nə doğrudur, nə yanlışdır. Bildiyi həqiqətlər yanlış, bildiyi yanlışlar isə həqiqətə çevrilir.
Gözləri qaçır. Gözləri gözlərə baxmır. Baxa bilmir. Baxışı dəyişməlidir. Baxacağı yerə baxmır. Baxmalı olduğu yerə baxmır.
Yükü ağırdır, çünki fərqindədir. Fərqində olması, hərəkət edə bilməməsi yükünü daha da ağır edir.
Zövqlüdür. Nə yaxşıdır, nə pisdir. Ayırd edə bilir.
Hissiyatlıdır. Hissləri güclüdür. Heçkim görmür. Göstərmir. Göstərmək də istəmir. Görənə göstərir.
Zəkidir. Zəkasını yerində istifadə edə bilmir. Məkan yəni. Məkanı dəyişməlidir. Özü də dedi.
Sevgi var qəlbində. Çox dərinindədir. O da basdırılıb. Amma var.
