Hisslərin çılpaqlığı… Sylvia Plathı tanıyaq… Hisslərin çılpaqlığı!

Fight Club filmi ən sevdiyim filmlərdən biridir. Vaxtaşırı təkrar təkrar baxıram. Ordan bir neçə diqqətimi çəkən fikirləri bölüşmək istəyirəm. Xüsusilə də, “Fight Club”da Narrator Marla Singer haqqında danışanda onu Sylvia Plath-a bənzədir. Sylvia Plath depressiya, intihar mövzuları və qaranlıq poeziyası ilə tanınan amerikalı şairə idi. Buna görə filmdə bu ad, qaranlıq, depresiv, özünü məhv etməyə meylli, emosional olaraq ağır biri mənasında işlədilir.

Sylvia Plath ilk dəfə eşitdiyim bir xanım şairədir. Əsərləriylə maraqlandım. Ən maraqlı tərəfi odur ki, onun həyatı ilə yazdıqları demək olar eyni qaranlıq xətt üzrə gedirdi. Çox real idi. Niyə insanlar ona bu qədər bağlanır, sual etsək, səbəbi Sylvia Plath insanın gizlətdiyi hissləri senzurasız yazırdı:

  • qısqanclıq,
  • nifrət,
  • boşluq,
  • özünə ikrah,
  • sevgi ehtiyacı.

Onun yazılarında “gözəl görünməyə çalışan” bir ton yoxdur. Çox çılpaq emosiyalar var. Ölümündən öncə yazdığı Daddy(ata) şeirindən bir parça

There’s a stake in your fat black heart

And the villagers never liked you.

They are dancing and stamping on you.

They always knew it was you.

Daddy, daddy, you bastard, I’m through

Şeir çox ağırdır. Zamanınız olsa şərhə verərsiniz şeiri. Atası Otto, əslində diabetdən zəif və düzgün olmayan müdaxilə ilə rəhmətə gedir. Ancaq Sylvia onun ölümünü gözlənilmədən və qəfləti qəbul edir. Səhv kodlaşdırır. O zaman onun 10 yaşı varıydı.

Onun bir digər əsəri var, The bell jar, yeganə romanıdır. Qismən avtobiyoqrafikdir. Niyə bu əsər məşhurdur, səbəbi isə, qadın psixologiyasını açıq yazır, depressiyanı çox “filtrsiz” göstərir.

Hisslərin çılpaqlığı…

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

WhatsApp-dan bizə yazın
1