İzlədiyim Darkest Hour (2017) filmində Çörçillin dediyi məşhur “Horasinin andı” əslində qədim Roma qəhrəmanı Horasiyə aid deyil. Bu, ingilis tarixçisi və şairi Thomas Babington Macaulay tərəfindən yazılmış Lays of Ancient Rome əsərindəki “Horatius” poemasından götürülüb.
Filmdə Çörçill bu misraları söyləyir:
“Then out spake brave Horatius,
The Captain of the Gate…
And how can man die better
Than facing fearful odds,
For the ashes of his fathers
And the temples of his gods?”
Mənası dilimizdə təxminən belədir:
“İgid Horasi dedi:
‘İnsan öz ata-babalarının xatirəsi və müqəddəs dəyərləri uğrunda, ən ağır təhlükə ilə üz-üzə dayanaraq ölməkdən daha şərəfli necə ölə bilər?'”
Çörçill bu şeiri gəncliyindən əzbər bilirdi. Hətta məktəb illərində onu tam şəkildə əzbərləyərək mükafat qazanmışdı. İkinci Dünya müharibəsi dövründə bu misraları tez-tez xatırlayırdı, çünki onlar onun üçün vətən uğrunda fədakarlığın və qorxmamağın simvolu idi. Buna görə də Darkest Hour filmində bu səhnə xüsusi vurğulanıb.
İtaliya səfirliyi Çörçillə sülh təklif edəndə onun ən çox düşündüyü məqamlardan biriydi. Hansı qərarı verməliydi? Hansı ki, onun Çanakkale savaşındakı ağır məğlubiyyətindən əldə etdiyi təcrübə və digər səbr və ehtiyatlılıq, bugün ona yalnız doğru qərarı verməyə səbəb oldu. Təslim olmamaq, savaşmaq!
Xalqa da bu şeirlə məhz müraciət etmişdi…
