Bir günümün günlüyü…Oğru çoxdur!

Səhəri açdım və dünəndən nəzərdə tutulan plan üzrə hərəkətdəyəm. Yaxınımla görüşdə oğurluqdan danışıldı və onun cibinə girilməsindən söhbət elədi. Gələn zəng ona, bir xeyli onu güldürdü və hətta yüngül pərt etdi. Etiraf etdi ki, özü də oğrudur…

Gəldik Bakı kəndlərindən birinə, təbii ki, işim gərəyidir. Bir xeyli torpaq vasitəçisiylə söhbətdən sonra məlum oldu ki, o da oğru çıxdı. Həm də kral oğru. Mənə pul xərclə, nə vaxt satsam, sənə qazanc verəcəm. Məndən müddət istəmə. Desəniz bu nəyin oğrusudur? Ümid oğrusudur… Ümid elə ki, satacaq.

Gəldik, başqa bir məkana və tanınmış bir restoranda, ofisianta ispanaqlı yumurta varmı deyə sual etdim və var dedi. Gələn kükü oldu, dinmədim. Bu da iştah oğrusudur. Dahası, avam bilib, hesab 57.25 azn edincə, 70 masaya qoyunca, gətirdiyi pul üstü 2 azn oldu. Nəzakətcə, 10 azn əskik deyincə, aaa bu necə ola bilər deyib, geridən 10 azni də gətirdi. Pul oğrusu…

Digər makler vasitəçi satılmayacaq torpağı mənə tərifləyincə, yox o torpaq gec satılar deyincə. Məni aldatmağa çalışdı. Mən də yox deyincə, geri çəkildi. Bu da qırmızı köynək oğrusuydu… Qırmızı köynəyi çox sevir. Məndən əldə edəcəyi pula qırmızı köynək alacaq idi…

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

WhatsApp-dan bizə yazın
1