İnstadan reklam əsasında 2 günlük təlimdə iştirak mənə maraqlı gəldi və deyərdim ki, ciddi mənada həm mühiti, həm də müəyyən fikirləri mənimsədim. Qeydlərim var, düşünürəm onları sizlə də bölüşüm:
- Psixosomatika haqqında ilk dəfə öyrəndim, bilmirdim, bilgim yoxuydu. Azca məlumatlandırım, psixosomatika — insanın psixoloji vəziyyəti ilə bədən sağlamlığı arasındakı əlaqəni araşdıran sahədir. “Psixo” — ruh, psixika; “somatika” isə bədən deməkdir. Bu anlayışa görə stress, qorxu, uzunmüddətli narahatlıq, depressiya və daxili emosional gərginlik bədəndə müxtəlif fiziki simptomlara səbəb ola bilər.
- Boğulma su travmasıdır, su təhlükəsidir.
- Qaraciyər daha çox miras davasıdır, böyrək isə su ilə bağlı problemlərdir.
- Dərsdə mühakimə yoxdur.
- Qəbullanma, özünü aldatmanın qarşısını alır.
- Blokajlar, pula, xəstəliyə və sağlığa təsir edir.
- Pul bizim ən böyük dostumuzdur.
- Sizdən öncə ölən uşağın enerjisi sizə gəlir.
- Şüurumuzda daşıdığımız şeylər qədərimizdir.
- Pula toxunmaq lazımdır. Pul yaradıcılıqdır.
- 0-7 yaş şüuraltına baxılır.
- Pula təşəkkür edirəm
- Sevdiklərimizi sevdiyimiz kimi pulu sevməliyik
- Pulu sel kimi xərcləyənlər, ondan qurtulmağa çalışır.
- Normativlər qoyun.
Gördüyünüz kimi, müxtəlif fikirlər var və bəziləri çox diqqətimi çəkir. Düşündürücü məqamlar da az deyil.


