Rasimi siz də tanıyın…

Rasimlə tanışlıq Emillə başladı. Emillə tanışlıq havalimanında Urumçidə təsadüflə oldu. Hətta deyərdim zərurət oldu. Bir birimizə kömək edə edə tanıdıq bir birimizi. Havalimanında işimiz bitdi və danışıldı ki, Quanjoda görüşəcəyik. Amma tək onunla deyil, yaxın dostu Rasimlə. Rasimi bizi əyani görüşəndə artıq Emil vasitəsilə qiyabi tanımışdıq. Emil ondan qısa vaxtda çox danışmışdı çünki. Gələk Rasimə.

Guanjoda Bizim Məhəllə restoranına tanıdığımız Loğman vasitəsiylə getdik. Yedik, dincəldik ki, təsadüfdən Emiili dostumuz Ramin gördü və bildirdi ki,  Zaur Rasim də burda. Rasimlə tanış olduq. 5 dəqiqə söhbətdən sonra bütünlükdə tanımağa başladıq. Sərhədsiz məlumat, kömək və də səxavətli davranışlar. İlk saatda artıq özünü xoş tanıtdı.

Lionda yaşayır Rasim. Lionda 15-ə yaxın azərbaycanlı ailədən biri də Rasimgildir. Rasim Liondakı evini, villasını desək ki, mədəni ocaq kimi, xeyir işlər günü kimi bizim azərbaycanlılara cani gönüldən açıb, təəcüblənməyin. İstənilən ad günü, nişan, yadda qalan günlər evindən əskik olmur. Rasim bunla da bərabər orada azərbaycanlıların çətin günlərində bacardığı dəstəyi də əsirgəmir. Hüquq, maliyyə, maddi və mənəvi dəstəklərindən qalmır. Sevinirəm onun haqqında yazanda. Xeyli söhbətdən sonra Rasimlə anlaşdıq ki, Şanxayda görüşəcəyik. İşə bax. 1 günlük o Şanxaya gəlir. O tarixdə isə biz orda olacağıq. Xoş beş on beş ayrıldıq Emil və Rasimdən.

Şanxayda bir neçə gün sonra görüşdük. Yorğundur gözləri, ancaq ümidlidir, işıqlıdır. Onun Azərbaycanı və azərbaycanlıları sevməsi dərhal hiss olunur. Ağıllı, ölkəsini sevən, dünyanı gəzən azərbaycanlıları görəndə onun mehribanlığını dərhal görə bilərsən. Bizi Şanxayda qonaq etdi iki yerdə. Bol söhbət və yeni tanışlıqlar. Çalışdı ki, netvorq güclənsin, bir birimizlə tanış olaq.

Rasim məndə etibarlı, dostcanlı və mehriban bir insan və də ölkəsini sevən, ona və insanlarına sevgi verəcək qədər xoş təəssüratlar bağışladı.

Rasim sənlə bir daha görüşmək diləyiylə…

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

WhatsApp-dan bizə yazın
1