Onun adı Nərmindir. Həyat ona doğuşundan az müddət sonra çoxlu yük verdi. Tale yükü ağır oldu. Bir növü xaylı dəniz kimi. İlk başda hər şey sakit və sükutlu bir həyatı xatırlatsa da, fırtınalar və qasırğalar hələ uşaqiykən başının üstünü aldı.
Düşünün, bir neçə xəstəliyi var. Ən ağır xəstəliklər ona bir ömür qonaqdır. Ancaq bütün şəkillərində onu gizlədir. Həyatında onu göstərməməyə çalışır. Gülür, sozalır, kefsiz olur, hətta makyajının altında bənizi ağarır, ancaq danışmır. Heç kimə danışmır. Heç kimə.
Ən sevdiyi yemək hazırlamaqdır və onu təbii ki yeməkdir. Yeyə bilmir, xəstəliyi imkan vermir. Sadəcə bir dəfə gündə yeyə bilər. Əks halda ona çox ziyandır. Nəfəs almaqda belə çətinlik yaradır. Bizlər 3 dəfəyə az baxırıq. Düşünün, bir kərə gün aşırı yemək yeyə bilirsən.
Atan, anan hətta övladların da xəstədir. Necə də qərib səslənir. Öz ağır taleyin bir də onları da sənə yüklədir. Yük daha da ağır. Amma sən yenə də həyatına davam edirsən. Həftədə beş dəfə dərslərini deyirsən. Auditoriyanın önündə dərslərini ən yaxşı şəkildə keçirsən.
Ən haqlı insan olduğun halda ən böyük haqsızlıqları özünə sən edirsən. Sən, həyatına az da olsa rəng qatacağın yerdə onu da rədd edirsən. Haram deyirsən. Yaşamaq haramdır deyirsən!
Ancaq bütün bunlara baxmayaraq adının mənası kimi incə, zərif bir ruh daşıyırsan. Sərt olsan da yumşaqsan, kobud olsan da mülayimsən…



