Bugün qaraçıların Rumıniyada yaşadığı məhəlləyə getdim. Bizi qrup şəklində apardılar. Maraqlı anları qeyd etdim. Bu arada qaraçı sözü də onların Kəraçidən çıxdıqları və bizim də o səbəbdən onlara qaraçı deməyimizi bildiniz. Anlatım sizə.
Təşkilatçılar bizi ora niyə apardı, onu tam tuta bilmədim. Səbəb nə idi? Elə bir zooparka meymun göstərməyə apardılar. Ancaq deməzdim təşkilatçıların pis məqsədi var. Doğrusu da yaxşı insanlardır. Biz ora çatdığımızda uşaqlar üstümüzə yüyürdülər və görünən o idi ki, onlar nəyəsə sevinmişdilər bizi görəndə. Bələdçimiz bizi ciddi şəkildə xəbərdar etdi ki, qrup şəklində olun. Dağılmayın və əsla onlara yaxın olmayın. Oğurluq halları hələ də onlarda yayqındır.
Mərkəzə daxil olanda görünən bir neçə məqam oldu. Şəkillər çəkilmişdi böyük çərçivə şəklində. Şəkilləri bəyəndim. Sənət əsəri kimi. Dövlətdən yardım alırlar. Yeməklə təmin edirlər. Büdcədən yox, özəl fondlardan dəstək alır təşkilatlar. Sual etdik ki, onları sənəd sünədi var. Yox dedilər. Sual etdik ki, bunların içində oxuyan var. Dedilər bir qız var. O yaxşı oxuyur. Məktəb də 4 illikdir. Həyat şəraitləri bərbad. Özləri elə bil bu cür yaşamağı seçiblər.
Bir neçə gündür, təlim mərkəzinə yaxın yerdə, Bertis marketin önündə qaraçı qız var. Başı da baölı şəkildə. Pul dilənir. Elə hey dilənir. Yaxınlaşır, istəyir. Düzdür, sırtıq deyil. Ancaq ondan başqa dilənən yoxdur. Bizə də oxşayır ölməmiş. Şəhər kiçikdir. Hamı bir birini tanıyır.
Nəysə, gələk digər məsələyə. Mənim diqqətimi nə çəkdi. Qaraçı məhəlləsində bir yaşlı kişi var idi. Bildiyin oturub daşın üstündə semiçka(tum) çıtdıyır. Necə çıtdıyır. Çıttadığı tumu da yerə atır. Baxdı ki, mən ona baxıram. Dayandı. Yerə atmağı yox, ümumiyyətlə semiçka çırtdamağı dayandırdı. Mən aralaşdıqdan sonra, 10 metr sonra gördüm ki, yenə çırtdıyır. Heç nə, burda nə var deyəcəksiniz. Çox şey var. Yadınıza salın, o qədər tanış bir hal idi ki, bir andan Vətənimə getdim, gəldim. Şəkili ehtiyatla çəkdim. Odur, uzaqdan çəkmişəm.