Onunla söhbətdən sonra əldə etdiyim nəticələr:
Bu gün anladım ki, münasibətdə yaşadığım qarışıqlığın əsas səbəbi təkcə qarşı tərəf deyil. Əsas məsələ mənim içimdə tam formalaşmamış sabitlikdir.
Birinci, emosional sabitliyimi gücləndirməliyəm. İnciyəndə dərhal son qərar verməməliyəm. Reaktiv qərarlar fərqində olunmadan verilə bilir. “Bitdi” və ya “Heç vaxt” kimi sərt qərarlar çox vaxt ağrından doğur.
İkinci, maliyyə sabitliyi mənim daxili güvənim üçün vacib dayaqlardan biridir. Pul nizamda olmayanda içimdə də gərginlik artır. Mən öz aləmlə maliyyə nizamı qurmalıyam.
Üçüncü, bədənimə daha ciddi yanaşmalıyam. Yuxu, enerji, siqaret, hərəkət – bunlar birbaşa mənim emosional halıma təsir edir.Bədənim zəif olanda emosiyam da zəifləyir.
Dördüncü, kimlik sabitliyidir. Öz dəyərimi başqasının münasibətindən almamalıyam. Özümə bu sualı verməliyəm: Mən kiməm? Özümü nə şişirtməliyəm, nə də əzməliyəm. Eqoma nəzarət etməliyəm. Qəlb qırılmaları, prioritetlərə diqqət edib kök salmalıyam. Özümü olduğu kimi görüb, olduğum kimi göstərməliyəm.
Bu gün çıxardığım əsas nəticə budur: Mən münasibəti düzəltməyə tələsməzdən əvvəl öz iç sistemimi düzəltməliyəm. Özüm sabit olduqca, münasibətlərimdə də daha sağlam dura biləcəyəm. Yəni problem daxili sabitsizliyim və özümü hələ tam tapa bilməməyimdir. Artıq buna çox vaxt ayırıram və prosesin içindəyəm.
Zamanla düzələcəyəm.
