“Bakı Qulaqları”nda olmusunuz?

Bakı Qulaqları deyilən iki təpənin, Taxtalıq və Kərkəs yüksəklikləri mənim diqqətimi çəkdi. AZNS, indiki adı Korgöz(Kərkəs) qəsəbəsini araşdırarkən rastıma çıxdı. Bakının da girəcəyindən görünürmüş bu yüksəkliklər. Maraqlıdır, heçkimdən eşitməmişdim. Ümumiyyətlə, Qaradağ rayonu və tərkibindəki qəsəbələr diqqətimi çəkir. Puta, Korgöz, Bəndovan, Şonqar, Şubanı, Qarakosa, Kotal, Heybət, Çeyildağ və sairə. Çox diqqətimi çəkir. Biz daha çox Müşfiqabad, Sahil bir də Qızıldaş qəsəbələrinə bələdik.

Yəqin ki, bu yüksəklikləri bizim yerli tur şirkətləri dəyərləndirər və ya oraları araşdırıb turlar təşkil edərlər. Vaxt istəyir bunları araşdırmaq. Bir az özüm araşdırdıqlarımı sizlə bölüşəcəm.

Şubani qəsəbəsi, şeybanidən gəlir. Birbaşa ərəb rəbiə tayfasının şeybani qoludur. Azərbaycana köçürülmüş ərəb tayfaları içərisində şeybanilərdə var idi. Hətta, Şirvan idarəçiliyində əsas padşahlar bu tayfadan olub.

Şonqar qəsəbə adı, şunqar kimi də işlədilir. “Altay bayquşu” (şahini) (müq. et: “Bayquşun məskənin sar aldı getdi…”) deməkdir. Kül rəngində olur. Dilimizdə (dialektlərdə) şonqumaq sözü var və aşağı oturmaq mənasında işlədilir. Şonqar “yuxarıdan aşağıya hücum çəkən” deməkdir. Şahin quşunun bir digər adı. İki şonqar dalaşanda bir qarğaya cürm düşər(Ata. sözü). Cürm sözünün mənası isə, günah, təqsir, qəbahət deməkdir. Şonqar düşərgəsi mövcuddur və qayaüstü təsvirlər də maraqlıdır.

Çeyildağ həmçinin Umbakı adı ilə də tanınır. Xırda daş deməkdir çeyil. Palçıq vulkanları mövcuddur.

Puta, buta kəliməsindəndir və Qaradağ rayonunun əsası burda qoyulub. Bol neft yataqları olub. Əhali də elə məskunlaşıb.

Bəndovan qəsəbəsi birbaşa dənizlə sahildir. Bəndovan ilə bağlı Bəndovan Emil Cəfərovun bloqundan məlumat toplaya bilərsiniz. Maraqlı gəldi bu yoldaş. Özü ilə tanış olmağa çalışacam. Şəkli də onun bloqundan aldım.

Məndən bu qədər dostlar. Əlavələriniz varsa buyurun yazın.

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

2 Rəylər

  • Ayten

    Maraqlıdır, ugurlar

    • Zaur Haciyev

      Aytən,

      Minnətdaram

Zaur Haciyev üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You May Also Like:

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1