Sizə Zalsburqdan(Salzburg) danışmaq istərdim. Zalsburq Vyanadan 295 km məsafədədir. Ancaq Salzburqa mütləq Hallstattdan getməlisiniz. Hallstatt elə bir neçə saatlıq gəzintili yerdir. Əsas da şəkil çəkməklikdir. O qədər. Ona bir başqa səpkidən gedərik. Gələk Zalsburq.
Zalsburq sözünün mənası duz qalası kimi tərcümə olunur və tarixdən bura duz ticarətinə ev sahibliyi edib. Salzburq bugün daha çox qalası, tarixi memarlığı və Mozartın ev müzeyilə məşhurdur. Qaladan bütün şəhər görünür və çayı da ortadan keçir. Çoxsuludur. Parkinq yerləri rahatdır, ancaq bahadırlar. Gələk bazar günlərinə, qiymət bir az aşağıdır.
Klassik musiqi sevənlərin şəhəridir. Burada siz bəstəkarların heeykəllərini və əsərlərinin səsləndirildiyi bir çox yerlərin şahidi ola bilərsiniz. Mozartın anadan olduğu Ev – Zalsburqda Getreidegasse küçəsində, dahi bəstəkarın anadan olduğu Ev № 9, Marktplatz meydanında isə Mosartın ailəsinin 1773-cü ildən 1780-ci ilə qədər yaşadıqları bina qorunub saxlanılır. Ev müzeyində də oldum.
Zalsburq Katedralı, Dom, mütləq danışılasıdır. 5 euro ödəməklə içini və zirzəmisini ziyarət edə bilirsən. Möhtəşəmdir. 16-cı əsrdə yanğından sonra yenidən inşa edilmişdir.Yanğın səbəbi ildırım düşmüşdür ora. Bugünki əzəzmətinə gəlmişdir. Mozart da burda vaftiz edildi.
700-cü illərdən tikilə, sökülə bugünümüzə gəlib çıxan bu əsər sadəcə keçmişindən qotik üslubda vəftiz hövzəsilə qalıb . O da 14-cü əsrə aiddir. Allah Əziz Rupertə də rəhmət eləsin. Qəbri də ordadır.
1944-cü ildə mərkəzi qübbəyə müharibə dönəmi bir bomba düşür. 1959-cu ilə bir təhər təmir edib bitirə bilirlər.