17000 min il öncə Fransada Chauvet mağarasında çəkilmiş rəsm əsərlərini düşünə bilirsiniz. Biriləri heyvan kimi 2 felə dayanırdısa, ya ovlanmaq ya da ovlamaq, bunlar sadəcə o dövrdən rəssam olublar. Düşünün sadəcə mağarada rəsm əsəri çəkirsiniz. Bu əminəm ki o dövr üçün anormallıq idi. Çünki normal insanların beyni ilə qarnı eyni funksiyanı daşıyırdı o dövr üçün.

Günümüzdə əsər yazsan, musiqi bəstələsən, hətta bir məhsul istehsal etsən, ilk ağlına gələn kəlimə Kütlə sözüdür. Və də israrla kütlənin ortadakı məhsula necə reaksiya verəcəyi və ya onu alıb almayacağı səni daha çox düşündürər.
İstehsalçılar məhz rahatlıq və normallıq prinsiplərindən yola çıxaraq kütlənin istəyinə adekvat məhsul ortaya qoyurdular. Ancaq artıq Paul Mccarthy qarşı Arlo Davy Guthrie öz folklar bəstələrində kütlədən ayrı, normal insanlardan fərqli, anormal insanlar üçün musiqi əsərləri ortaya qoymağa başladı. Qısacası Paul kapitalizm deyirdisə, Gipsy Davy sosializm dedi atası kimi.
Deməli kütlədən fərqli bir qrup insanlar var. Onlara anormal desək və ya fərqli düşüncəli desək və ya sosial qəbilələr desək bəlkə də sosyal tayfalar adı qoysaq, çətindir hə? Önəmli hesab etməyək, bu ad məsələsini, önəmli hesab edək bu insanların getdikcə artmasına Marketoloqlar necə qucaq açacaqlar?
Onlarla necə işləmək və kütlədən ayrı hansı addımları atacaqlar?
Bu yuxarıdakı suallar biriləri tərəfindən cavablanıb. Belə ki, artıq kütlədən olmayan anormal insanlar üçün bazarda təkliflər hazırlanıb. Etsy.com adresini ziyarət etsəz, bir daktilo alsaz https://www.etsy.com/listing/247334093/vintage-working-typewriter-privileg-260?ga_order=most_relevant&ga_search_type=all&ga_view_type=gallery&ga_search_query=typewriter&ref=sr_gallery_3 , və həmin daktiloda bir roman yazsaz, düşünün 106 dollar qarşılığında bir roman ortaya qoymuş olursunuz. Seçimlər sadələşib və rahatlıqla gerçəkləşdirilir…
Anormal insanlar, bəlkə də dayanmalıyam belə səslənişi qulağa xoş deyil, əcaib deyək, əcaib insanlar təməldə ehtiyacları ödədikcə içlərində hisslər genişlənir və onlar da ödənmə ehtiyacı ilə üz üzə olurlar. Bu insanların da əsas istəkləri özlərini başqalarına belə qəbul etdirməkdir. Artıq məkan da var. İnternet məkanı. Bir araya gəlmək internet resursları vasitəsilə də heç də belə asan olmamışdır. Bir araya gəlincə də artıq ehtiyaclar seçimlərə çevrilir və seçimləri tətikləyir. Nəticədə seçimlər artır və bu seçimlər yeni ehtiyacların ödənməsini bərkidir, bu halda isə Marketoloqlar qollarını sıvamalı olurlar. Bunu yaxşıca dərk etdik.
Seçimi çox olan heç də kasıb deyil, əslində zəngindir. Amma Barry Schwartz nə deyir bu haqda, bunu bir sonrakı bloq yazımda…