Xolodelnik, sən niyə belə elədin!?

Xolodelnik də bərk bir davanın səbəbi ola bilərmi? Olar. Gəlin birgə gedək məsələnin üzərinə.

Dostumuz keçən il Litvadan gəlib, bir neçə gün ailə və yaxınlarını ziyarət etməyə. O ərəfədə biz də görüşdük, dahası bizim görüşün səhərisi elə bu hal, bəd hal qəza yaşanıb. Kirayə evdən köçüb başqa bir evə köçərkən xolodelniki köhnə kirə ev sahibi özünə götürür. İcazə vermir, götürülsün. Dostumuz 4 saat sonra uçacaq və telefonda sual edir, niyə xolodelniki özünə götürür deyə. Cavabında, 2 il öncə ona işləmiş soyuducunu ona verdiyini və bugün üçün yandığını və yandığına görə bu yenisinə əl qoyduğunu bildirir. Dostumuz, yanan soyuducunun nə qədər qiymət etdiyini və kartı verməsini rica edir. Ancaq cavabında, mən dilənçi deyiləm deyir. Sonrası, ev kirə sahibi söyüş və ədəbsiz sözlərə keçir. Dostumuz da cavabın verir. Amma necə verir?

Bir neçə ay sonra gəlib, onu gizlicə yaxalayıb, əməllicə “başa salır’. O gündən bugünə hüquq mühafizə orqanları qarşısında əməlinə görə cavab verir. Məhkəmələri gəzir. Litvada rahatlıq tapa bilmir. Mənəvi rahatı pozulub. Qarşı tərəfdə bağışlamaq istəmir. Həbs yatmasını istəyir. Həm də çox istəyir.Dostumuz təbii ki, nevroz, əsəbləri yerində olmayan və şiddətə meylli. “Zərərçəkən” isə geri addım atmayan biri. Nəticə ortada.

Bir çox insanların həyatında xolodelnik məsələləri olur. Çox olur. Xüsusilə də həbsdə olanlar və o biri dünyaya gedənlər çox gözəl bilir bunu. Dostumuz, o an çox gərgin olduğunu və özündən çıxdığını açıqca etiraf edir. Hətta, zamanında bu adamla yaxşı münasibətinin olduğunu da bildirir. Gəldiyimiz nəticələr bunlardır:

  1. Kiçiklər yığılır və böyüyür. Nəticədə, daha pis hal alır. Əvvəli ilə axırı üst üstə düşmür. Bir kiçik xolodelnik anlaşılmazlığı(qiyməti 200 azn) böyük maddi və mənəvi xərclərə gətirib və davam da edir.
  2. Üslüb yetərsizliyi yenə özün göstərir. Köhnə ev sahibi sağollaşmağı bacarmır, gözləntisini deyə bilmir. Deməsi də nələrlə nəticələnir. Tərəflər bir birinə güzəşt də etmir. Halal xoşun olsun demir bir birinə. Əksinə biri xolodelnik oğrusuna oxşayır, digəri onu geri qaytarmağa çalışır.
  3. Kasıblıq və fəqirlik yenə sözünü deyir. Kasıb insanlar yenə kasıb düşüncəyə qapılıb, bu kimi problemləri yaşayır. Kasıb bizdə cibinə və maddi vəziyyətinə görə çox vaxt səslənir, ancaq kasıb mənəviyyatına görə dəyərləndirilməlidir. Əks halda, yanılarıq.
  4. Qəzəb insanı bürüməsin, qəzəb gəlincə nə edəcəyini bilmir insan. Burda dostumuz özünü yaxşı tanısa, hansı halda qəzəblənə bilir və onun qarşısını necə ala bilər. Bu kimi sualların cavabını çoxdan tapmalıydı və ona uyğun davranmalıydı.
  5. 2 il əvvəl edilən kiçik yaxşılıq, bugün böyük bir pisliyə xidmət edir! Yaxşılıq, pisliyə ya tez ya gec çevrilə bilir.
  6. İşıq zamkanya olmasaydı, xolodelnik yanmasaydı. Yenisi alınanda, yanan xoldelnik vaxtında düzəltdirilsəydi, və ya kompensasiya olunsaydı. Şərt budaq cümləsindəki halları görürsünüz.

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1