Varşavada ilk gün…

Varşava mənim üçün uzun zaman idi ki, gəlib dostlarımı ziyarət edəcəyimlə bağlı çoxdankı qərarım idi. Bəziləri tərslikdən xaricdə idi, bəziləri elə ölkədə idi. Şəhərin böyükdür və bildirim ki, həm qədim, həm də modern üslubda iki hissədən ibarətdir. Bir neçə gün dostum Orxanın yanında qaldım ki, o da bütün işin gücün atıb, mənə zamanını ayırdı. Ona da burdan dərin təşəkkürlər. Gələk şəhərlə bağlı təəssüratlara.

Şəhərin mərkəzində, iki əsas küçə var ki, boydan boya gəzdik. Śródmieście küçəsi, downtown, da adı keçən bu ərazidə çoxlu sayda kilisə öz mövcudluğunu və füsünkarlığını ortaya qoydu. Kilisələr əsasında katolik kilsələrdir. Bilirsiniz divar rəsimləri az və içəridə daha çox heykəl görə bilərsiniz. Bir şəxsin cənazəsinə təsadüf elədik və o şəxs də, önəmli biri idi ki, xüsusi kartejdə və din xadimləri, rahiblər çöldə onu yola salırdılar. Allah rəhmət eləsin. Varlı olduğu bilinirdi, əziz dostlar. Rahiblər cənazə çıxışı onu böyük coşquyla yola saldılar. Diqqətimi çəkən o oldu ki, cənazədə həm varlı, həm də kasıb insanlar var idi. Hər zamankı kimi, yenə də rəhmətliyin ən yaxınları ən sonda çıxdı, çox ağlayırdı. Ağlamaqdan gözləri şişmişdi. Davamında, cənazəni çiyinlərində aparanlar qara pencək və şalvar geyinmişdilər. Dünya insanı yenə də eynidir. Kilisələrə daha çox yaşlı nəsil ayaq basır və gənc nəsil az görürsən. Dünya gəncləri kilsələrdən uzaqlaşır.

Bir kofe yerində özümüzü tapdıq və ən yaxşı tərəfi, bütün çeşid kofe növləri var idi. Ən yaxşısı, Nikaraqua kofesiymiş və almalı piroqla möhtəşəm cütlük oldu. 2 kofe və bu desert 35 azn. Necədir? Tam Varşavanın mərkəzi. Uyğundur. Restoranlarda qiymətlər od tutub yanır və deyərdim ki, çox bahadır. Yerlilər də bildirir ki, qiymətlər son 2 ildə belə artdı. Belə deyilmiş, üstünlük verdik, daha çox elə evdə bişirib yeməyə.

Kral sarayına getdik ki, orda da ən çox diqqətimi çəkən ekskursiyalar idi. Xüsusilə də, bələdçisi öndə olan polşalı uşaq, yeniyetmə və gənclərdən ibarət ekskursiyalar. Necə diqqət və həvəslə dinləyirdilər bələdçilərini. Öz tarixlərini çox maraqla dinləyir və sual edirdilər. Ən çox da bəyəndiyim nizam və intizam, disiplin özünü göstərirdi. Ancaq onu da bildirim ki, polşalı gənc qızlar, hətta məktəbli səviyyəsində vulqar geyinir və çox açıq saçıq görünüş göstərirdilər. Qərbi Avropa ölkələrindən bir az bu barədə fərqlənirlər. Əyləncəyə və rahat gecə həyatına çox meyillidilər və həmçinin yeyib içən olurlar.

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1