Varşava üçüncü gün…

Dostumuz Səidin vasitəsilə Mirzə bəylə görüşdük. Azərbaycan Ticarət evinin uzun müddətə rəhbəri və tale yükü ona tapşırılıb. İşlədiyi dövrdə bir çox azərbaycanlı iş adamına dəstəyi az olmayıb. Onunla görüşümüz, ilk görüşümüz qısa və bir az acılı oldu. Belə ki, görüş günü Miryusifin konserti ilə üst üstə düşən gün idi və düşünün 30 nəfərdən ibarət olan konsert sonda xoşagəlməz hal ilə yarıda bitmişdir. 20-yə yaxın ailəli iştirakçı olmuşdur ki, digərləri tək və qrup şəklində iştirakçı olub. Qapı çıxışında bir azərbaycanlı ağızdan söyüş çıxarır ki, ona kiçik xəbərdarlıq edilir. Etmə qardaş, xanım və ailələr var. Gözünə döndüyüm, ailənin burda nə işi var və yenə xoş olmayan söhbətə əsas verib. Geri dönən irad bildirən azərbaycanlı qardaş qayıt ailəni qoy maşına, ordan da bıçaq götür, gəl söyüş söyəni bıçaqla. Yenə eyni ssenari, eyni söhbət və eyni nəticə. Yenə də kəpənək effekti. Mirzə ilə görüşümüz istər istəməz qısa oldu, problemlə bağlı o məşğul olmalı oldu.

Sabahısı biz yenə görüşdük və bu dəfə onun dediyi, düz Visla çayının sahilində bir kafedə. Deyəcəyim odur ki, bir xeyli söhbətdən başa düşdüyüm odur ki, artıq Polşa bir çox azərbaycanlının əvəzedilməz seçimidir. Bildirdiyimi kimi, son 2 ilə qədər Polşada yaşayış ucuz və sərfəli olub. Qida və mənzil qiymətləri əlçatan olub. Ancaq bugün o deyil, qida baha və mənzillər heç də ucuz deyil. 2 otaqlı ev 700000 mindir. Bunu Budapeştlə müqayisə etsək bu qiymətə 4 ev almaq mümkündür və 400 euro kirayə haqqı belində.  Mirzə bəy Azərbaycanlıların burda məlumat və birbaşa dəstək üçün müraciət etdiyi dostlardan biridir. Ona işlərində uğurlar, verdiyi dəyərli məsləhətlərə görə təşəkkür edirəm.

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1