Vendetta italyan sözü olub, mənaca qan intiqamı deməkdir. V for Vendetta filmi diqqətimdən yayınmayıb və bir neçə ordan bəyəndiyim fikirləri sizlə bölüşmək xoş olar.
İnsanı unutmaq olar, hansı ki, bir çox insanları da unutmaq olar, ancaq fikirlər unudulmur. Hətta o fikirlər hansı səbəbdən gerçəkləşməyibsə belə.Bu fikir üçün fikrin sahibi də ölüb, fikrin davamçıları da ölüb. Fikri öpə bilməzsən, toxuna da, sarıla da bilməzsən.Fikirlər əsla acı çəkməz və əsla sevməz.
Bu maskanın arxasında sadəcə ətdən daha çox şey var. Bu maskanın altında bir fikir var… və fikirlər güllə keçirməz.
“Hər kəs xüsusidir. Hər kəs. Hərkəs birər qəhrəmandır, birər sevgilidir, birər axmaqdır, birər yaramazdır. Hər kəs. Hər kəsin danışılacaq öz hekayəsi var”
“Sənətçilər həqiqəti söyləmək üçün yalandan istifadə edirlər. Bəli, mən yalan yaratmışam. Ancaq buna inandığınız üçün özünüz haqqında doğru bir şey tapdınız.”
Sən uzun müddət maska taxdığından, onun altında kim olduğunu unudursan.
Keçmiş səni incidə bilməz, sən icazə verməsən.
Xoşbəxtlik hərkəsin ən məkrli həbsxanasıdır.
Qəzəbini sev, qəfəsini yox.
Tanrı yağışdadır.
Sonluq düşündüyünüzdən də yaxındır və artıq yazılıb. Seçmək üçün bizə qalan yalnız başlamaq üçün doğru andır.
Bərabərlik və azadlıq yüngülcə kənara atılası lüks deyil. Onlar olmadan nizam, təsəvvür etməkdən daha dərinliklərə yaxınlaşana qədər uzun müddət dayana bilməz.