Michael Phelps ilə Hicham El Guerrouj bu iki olimpiyaçını nə birləşdirir və nə ayırır? Hər ikisinin medalı var və kifayət qədər uğurlu nəticələri. Ayıran isə biri suda Maykl, bir quruda əl Gəruc medal sahibi. Uğur qazanmaq üçün imkanlarımızı ən yüksək həddə çatdıra bilərik, ancaq burda ən önəmlisi doğru sahəni seçməkdir. Burada idman, biznes və sairə sahələr özünü göstərir, ancaq bu vərdişlərə də şamildir. Vərdişlər də təbii meyil və qabiliyyətlərə uyğundursa, onlara əməl etmək daha rahat olur və daha çox məmnunluq gətirir. Maykl Felpsin hovuzu, Hişam əl-Gərucun isə qaçış zolağını seçməsi kimi.
Özünü tanımaq yenə də burda özünü ortaya atır. Bütün insanlar müxtəlif qabiliyyətlərlə doğulur, sən onu aşkar eləməlisən. Qabiliyyətlə doğulmaq da var işin içində. Genlər də rol oynayır bu işdə. Ancaq genlər sabitdir bu məsələdə. Maraqlısı odur ki, genin güclü yönləri sənin həm də zəif yönlərindir. Belə ki, 2 metr boyun sənin basketball oynamağına üstünlük yaradırsa, gimnastikaya uyğunsuzluq yaradır.
Genlər taleyi müəyyənləşdirmir. Onlar düzgün imkanların açıldığı sahəni müəyyən edir. Fizik Gaborun sözü ilə desək, genlər meyil yaradır, ancaq onu əvvəldən müəyyən etmir.