Vəli bəy hamamı Budapeştdə! Yeni torpaqları kəşf edin!

Vəli bəy hamamına gəldim Hakimin məsləhəti ilə. Getmək istədiyim yerin həm turistik olduğu üçün bahalı olduğu, həm də qiymətlərin şişirilmə olduğunu bildirdi. Osmanlıdan yadigar qalan Vəli bəy hamamı.

Maraqlısı odur ki, sıra ilə növbəyə girildi. Nömrəm 27 idi. Son nömrə isə 14 idi. Orda diqqət etdiyim məqam bir ailənin 4 üzvü açıqca sırasız, öncədən danışılmış şəkildi keçdiyinin şahidi oldum. İndi bizdəki kimi zəng mi gəlmişdi, ya adam mı yaxınlaşıb tapşırdı, onu bilə bilmədim. Balalını yuya bilmərəm. Yanımdakı növbə gözləyən amerikalı turistlər də təsdiqlədilər.

Hamam bildiyimiz türk üslubunda və modern çalarla birgə, jakuzzi, saunalar və sairə. Nələr diqqətimi çəkdi. Saunada olanda bir neçə nəfərlə söhbət oldu ki, onların əksəriyyəti xaricilərdir, expatlar. Bunlar İngiltərədən, Rumıniyadan olsalar da Budapeştdə yaşayırlar. İşləyirlər təbii ki də. Pilates müəllimi və ya sən de Tango müəllimi(qarnı var idi yüngül). Burda çalışırlar. Ağlıma da bu gəldi. Bizim bazar kiçikdir. Ölkəmiz üçün yetəri qədər bu müəllimlərdən var. Qazaxıstana, Qırğızıstana, Türkmənistana, Özbəkistana, Pakistana nə deyim elə İrana gedin. Orda daha dəyərli olarsınız. Müəyyən peşəkarlıq kurslarını da bitirin gedin. İnandırım sizi o qədər hörmət və qazanc əldə edərsiniz.

Bizim burda Budapeştdə bir neçə azərbaycanlılarla yaxından tanış oldum. Ən tanınmış şirkətlərdə işləyirlər. Menecer, top menecer və ya mütəxəssis. Xüsusi bilikləri də yoxdur, istedadları da. Ancaq irəlidədirlər. Dözümlüdürlər. İstədiklərini yaxşı bilirlər. Bildiklərinin də arxasıyla gedirlər.

Bildiklərinizin arxasından gedin. Dayanmayın. Mühit sıxışdırırsa, lap yaxşı gedin. Dənəyin, sınayın. İnadkar olun. Yeni ölkələr və şəhərləri axtarın, tapın və məskunlaşın. Heçkim əlinizdən, ayağınızdan tutmayıb. Yeni insanlar və yeni ölkələrə açıq olun. Bunu da yaxşı bilin. Əyri-əskiklərinizi də yaxşı bilib, üstünə gedin, daim onların üzərində durun. Natamam olmayın, eqonuza yenik düşməyin!

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1