Xristianlıq bizə yad bir din deyil, ölkəmizdə yetəri qədər xristian var və kilisələr də onlar üçün ibadət yeridir. Peyğəmbərləri də elə bizim ən sevimli İsa peyğəmbərdir. Kilisələri getdiyim yerdə hər zaman ziyarət edirəm və mənə görə böyük bir mədəniyyət və incəsənət nümunəsi kimi gəlir. Xüsusilə də, ortodoks/provaslav kilisələrin divar şəkilləri və boya işləmələri maraqlı gəlir mənə.
Kilisələrdə vəftizin önəmini bilək, vəftiz, xristianlıqda ilk şərtlərdən biridir və xristian olmaq istəyəndə, və ya bir kilisədən digər kilsəyə keçəndə vəftiz olunursan. Vəftiz ayini, Ata-Oğul-Müqəddəs ruh adına edilir. Vəftiz realizə prosesi kilisələrə görə fərq yaradır.
Xristian məzhəblərində xaç atası (həmçinin sponsor kimi də tanınır) uşağın vəftiz olunduğunun şahidi olan və sonradan onların katexizasiyasına və ömür boyu mənəvi formalaşmasına kömək etməyə hazır olan kimsədir.
Xristian inancına görə, vəftiz olunan şəxs İsa Məsihlə birləşmək arzusunu ifadə edir. İsa Məsih öldü və yenidən dirildi. İnsan Ona iman edəndə onun köhnə günahlı həyatı ölür və yeni müqəddəs həyat başlayır.
İnsanın alnını islatmaqla və ya bütün bədəni suya batırmaqla həyata keçirilən dini “təmizləmə” və “yenidən doğulmaq” mərasimidir. Yaxşı bu su harda olur və ya su hara tökülür və ya bütövlükdə bu proses harda keçirilir? Bu proses vəftiz hövzəsində olur. Vəftiz hövzəsini dəfələrlə görmüşəm amma bilmirdim nədir. Bir az araşdırdım, dünyanın ən qədim vəftiz hövzəsi Liegedə, Valloniyada, Belçikada yerləşir.
Lyej əhalisi 194000-dir və iki çayın hövzəsində yerləşir.Liège vəftiz hövzəsi kimi də tanınan Liège vəftiz hövzəsi dünyada sağ qalan ən qədim vəftiz hövzələrindən biri hesab olunur. O, təxminən 1107-ci ildə istifadəyə verilmiş və 1118-ci ildə Belçikanın Liege şəhərindəki Church of Our Lady with Font üçün tamamlanmışdır. Liège hövzəsi dini tarix və sənətin əhəmiyyətli bir parçasıdır və onun Liege-də yerləşməsi bu gün vəftizlərdə davamlı istifadə etməyə imkan verir.
Bugün də bunu öyrəndik. Dünyanı öyrəndikcə bir o qədər asanlaşır…