Tokugawa İeyasu ilə tanış olun… William of Baskerville ilə Tecumsehin qarşılaşdırılması…

Bugünki məqaləmdə Tokugawa Ieyasunu sizlərə tanıtmaq istəyirəm, mən sevdim onu, Tecumsehdən əvvəlki məqalələrimdə yer vermişəm, bir də William of Baskerville personajını ilk dəfə yazımda adını hallandırıb onu digər 2 dahi şəxsiyyətlə müqayisə edirəm. İlk dəfədir mənim üçün.

Tokugawanın ən məşhur sözü, həm də onun əsas fəzilətidir. “Səbir fəzilətlərin ən böyüyüdür. Qəzəbini udan insan ən güclü insandır.” O çox səbirli olaraq 250 illik hakimiyyətin təməlini atdı.Bu, onun həyatda tələsmədən, doğru zamanı gözləyərək qərar vermə bacarığını əks etdirir. Gənclikdə daim başqalarına tabe idi, amma səbir və strateji düşüncə ilə sonda bütün Yaponiyanı birləşdirdi.

O, sadə həyat tərzini sevirdi və demişdi:

“Zənginlik bir məqsəd deyil, yalnız vasitədir. Ən böyük sərvət, sabitlik və daxili sükunətdir.” Bu baxış, sonradan yapon mədəniyyətində “Wabi-sabi” (sadəlikdə gözəllik tapmaq) fəlsəfəsinə uyğun gəlir.

Bir başqa deyişi isə, “Müdrik insan, qələbəni qılıncla deyil, səbir və anlayışla qazanır.” O dövründə dördüncü olmağı seçmişdi. Çünki, dördüncü hər zaman kölgədə olur. Kölgəni isə çox adam görmür. Yaxşı da anlamışdı ki, kölgəyə yumruq atmaq olmur. Heç kim o dördüncüykən, kimsə tərəfindən yumruqlana bilməz.

Xatırladınız Shermanı, general Şerman Tecumseh, hər zaman ikinci olmağı seçmişdi. İnanıram ki, Şerman Tokugawa Ieyasunu oxumuşdur. “Ən ağıllı lider bəzən ikinci yerdə dayanır — çünki o, birincini qoruyur, amma özü azaddır.” Şermanın bu sözlərini çox bəyənirəm. Heç vaxt birinci olmağa can atmadı.

Bir az da irəli gedib The Name of the Rose filmindəki məşhur personaj William of Baskerville rolunu həm Tecumseh ilə, həm də Tokugawa ilə qarşılaşdırdım. Chatgpt gözəl bir nəticə çıxartdı. Bölüşürəm, 2 başlıqda:

1. Ağıla güvənən, amma gücün mahiyyətini dərk edən insanlar

  • William of Baskerville — ağıl və müşahidə gücü ilə gizli həqiqətləri açır.
  • General Sherman — müharibəni qazanmaq üçün emosiyaya yox, soyuq riyazi strategiyaya güvənirdi.
  • Tokugawa Ieyasu — yüzillik xaosu bitirmək üçün səbir və planlı düşüncə ilə hərəkət etdi.

🧠 Üçü də emosiyaya yox, ağla və səbəbə dayanır.
Onlar gücü “istifadə” edirlər, amma ona təslim olmurlar.


2. Səbir və zaman anlayışı

  • Ieyasu-nun fəlsəfəsi: “Doğru anı gözləmək müdriklikdir.”
  • Sherman: “Tələsən general məğlub olur; gözləyən qalib gəlir.”
  • William of Baskerville: “Həqiqət tələsmir. Biz onu görməyə hazır olanda açılır.”

⚖️ Üçü də hadisələri təbii axarında dərk edən, zamanı öz tərəfinə çevirən liderlərdir.

“Ağılın gücü qılıncın və inancın gücündən daha dayanıqlıdır.”
— bu cümlə hər üçünün ortaq fəlsəfəsidir.

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1