Terror Háza Múzeum-Terror Müzeyi

Muzeyə getdim.Həmişəki ənənə. Ələsgər tövsiyyə etdi. Sağolsun, getməyə dəydi. Adı terror muzeyi. Terror Haza, yerli dildə adı belə gedir. Çox da maraqlı oldu. Bəzi suallara cavab tapdım. Sovet tankı necə ki illərlə bizə göz qorxuducu olubsa, burda da müzeyin içinə qoymuşdular, tam ortada. Sanki, sovetin simvoludur. Sovet simvolu tank gibi gəlir mənə. Müzeydə minlərlə ölənin şəklini gördüm. Getdiyi yerdə yenə Sovet zirzəmidə işgəncələrə önəm verir. Zirzəmi dibi göstərir. Dibdə olur. Ondan o tərəfi yoxdur. Dib, insanın ən sonda olacağı yerdir. İnsanın dibi bəzən mənə elə çirkli gəlir. Təmiz gəlmir. Müsbət gəlmir. İnsan dibdə boğulur. Çay, göl, dəniz səni dibə çəkir. Elə sirenlər də dibdə öldürür səni. Dib elə zirzəmidir. Qapalıdır, açıq deyil. Görünmür. Dilimizdə də deyilir, dibə düşmüsən ay yazıq. Özündən xəbərin yoxdur.  Öləndə də dibə soxurlar bizi. Zirzəmidə otaqlar müstəqil tikilib və istənilən halda işgəncəyə tabe tutulur. Qalmaq otaqları kiçik və bir pəncərə, iç pəncərə. Çölə də baxmır. Simvolikdir sanki nəfəslik.

Karser sözünü gördüm. Uzanmaqlıq deyil, sadəcə ayaq üstə durursan. Ayaqda. Köhnə alban məzarı kimi. Onlar dik basdırırdılar. Uzanıqlı yox. Karserdə o cürdür. İşgəncə ilə rejim qurular. Allah bəlalarını versin. Nə qədər insan qırıblar. Necə ki, bizimkiləri qırıblar. Bir daha içimdə Sovetin qaranlıq üzünü gördüm. Bəlkə də, Qorbaçov bu səbəblərə görə dağılmasında əsas rol oynayıb. İşgəncə vasitələri də maraqlı idi. Ağır simli, mismarlı vasitələr, sopalar. Nədir bunlar? Litvadakı KQB müzeyini bir daha xatırlatdı. Orda da dibdə baş verirdi, zirzəmidə həbs edilib, işgəncələr verirdilər. Qara rəngdə telefon və hər əsas giriş və mərkəzdə görə bilirsən qara telefonları.

Ağlıyan gənc nəsil gördüm, gözü dolan yaşlı nəsil gördüm. Babalarını, nənələrini görən insanlar gördüm. Pis mənzərələr gördüm. Havası da ağır idi. Çıxanda bir neçə dəfə ağırdan nəfəs aldım.

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1