Tanış olun, QonaqOL proyekti Sizə qonaq gəlir!!!

Əziz dostlar və FB əlaqələrim

Yeni proyektlə tanış olun. QonaqOL proyekti ani verilmiş bir qərarın nəticəsidir. Proyektin əsas məqsədi, dünyanın dörd bir yanına səpələnmiş Azərbaycanlıların bir birinə qonaq olmasını təmin etməkdir. Eyni zamanda, ölkədaxili bir şəhərdən digər şəhərə də bu proyekt nəzərdə tutulub. Bu proyekt bütün Azərbaycanlıların yardımlaşma, bir araya gəlmə, bir birini tanıması və inteqrasıyasına xidmət göstərməsinə vasitə olacaq. İlk başda, bu Facebook qrupunda Elanlar kimi gerçəkləşəcək. Proyekt dünyada yaşayan bütün Azərbaycanlıları ehtiva edir. Proyektin məzmununu misallarla daha aydın izah edə biləcəyimizi düşünərək növbəli şəkildə aşağıda qeyd edirik. Adlar şərtidir

Misal 1

Polad Almaniyanın Berlin şəhərindən, Polşanın Varşava şəhərinə 5 günlük iş ziyarətinə gedir, bu halda, Varşavada yaşayan İlqar Poladı evində qonaq olmasına razılıq verir.

Misal 2

Azərbaycan Gəncə şəhərindən Yunis, Kanadanın Ottava şəhərinə turist kimi 7 günlük qalacaq və o maddi səbəbdən oteldə qalmaq istəmir. 50 dollara olan adi bir otel otağına ödəniş etməkdənsə, 20 dollar Ottavada Nazimin evində həm qonaq ola bilər, həm də qarşılıqlı razılıq əsasında 20 dolları gününə hesab ödəməklə istəyinə çatmış olar.Bu arada Nazim, Gəncədən paxlava və özünün arzuladığı və ehtiyacı olan ərzaq və qeyri ərzaq məhsullar da istəyir. Yunis mümkün olan və gətirə biləcəyi sifarişi gətirmiş olur.

Misal 3

Tovuz şəhərindən Etibar, Bakıya imtahanla bağlı gəlir və maddi cəhətdən imkanı qıt olduğu üçün, oteldə yerləşə bilmir. QonaqOL Facebook qrupunda verdiyi elanla , Bakıda Ramil onu qonaq qəbul edə biləcəyini bildirir və razılaşırlar.

Misal 4

Bakıda yaşayan Səid, heç bir zaman Qazaxıstanın Almata və Azərbaycanlıların yaşadığı Cambul vilayıtində olmayıb və istər ki, orada qonaq olsun. Almata şəhərində qalan Cahangir, Səidi qonaq edir. Qrupa qoşulmaq üçün bu linkə daxil olmağınız kifayət edir:

https://www.facebook.com/groups/qonaqoll

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1