Süryani olan Johannes ilə söhbət…

Təyyarə söhbətləri bəzən çox qısa, bəzən də uzun olar. Bu söhbət bir az uzun oldu. O da mən dirəndim.

Yanımda gənc Johannes oturmuşdu və Stokholmdan Riqaya gedirdik. Bir ərəb kökənli olan Johannesin İsveçlə və İsveçlilərlə bağlı fikirləri və digər başlıqlara gedirik.

  1. İsveçi çox sevirəm və özümə ana vətən bilirəm. Özümü isveçli hesab edirəm. Özümü isveçli kimi hiss edirəm.
  2. İsveçdə yaşadığım dövrdə heç bir yadda qalan neqativ şəxsimə görmədim və yaşamadım. Dostlarım və ailəm İsveçdədir və onlarsız özümü hiss edə bilmirəm.
  3. İsveç dilində düşünür və düşüncələrinin yanında İsveç düşüncə tərzini tam mənimsəyib və yaşayıram deyir. Düşünün, sadəcə İsveçi hiss edir və onun xaricində yaşaya biləcəyimi düşünmürəm. Olsa olsa digər skandinav ölkələrdə yaşaya bilərəm, misal, Norveçdə.
  4. Süryani olduğu və ərəb köklərə sahib olduğunu deyən Johannes xristiandır və dininə bağlıdır. Türkiyədə dəfələrlə olub və bu yaşında(18 yaş) bütün Avropanı gəzib. Ya ailəsi ilə ya da dostlarıyla.
  5. Rus dilinə böyük marağı var və rus dilini öyrənmək üçün Latviyada rusların çox yaşadığı şəhərdə 1 semestr rus dilini öyrənib. Daugavpils şəhərində təhsilini alıb və bu şəhər rusların ən çox yaşadığı şəhərdir və eyni zamanda bu ölkənin 2-ci ən böyük şəhəridir.
  6. Orada böyük bir evi sadəcə 300 euroya kirayə götürdüyün bildirir və hesab edir ki, qiymətlər orda çox ucuzdur. Özünə yeni dostlar əldə edib və getmə məqsədi isə 2 gün içində onlarla görüşüb və geri qayıtmaqdır.
  7. İsveçlilər çox soyuq və intravert olduqlarını eyni zamanda isə heç kimə qarşı pis olduqlarını xüsusilə də isveç olmayan digər vətəndaşlara qarşı tolerant olduqlarını bildirir.

Gəldiyim qənaətlər isə budur ki, bir dövlətin ən ideal düşüncəsi, sərhədlərində yaşayan hər bir vətəndaşın ölkəni sevmə istəyidir. Ölkəni özünkü hesab eləsin. Həmçinin süryani olan Johannesin köklərinə də bağlılığını nəzərdən qaçırmadım və araşdırınca görürsən ki, onların öz kilsəsi və düşüncə mədəniyyəti var. Maraqlısı odur ki, danışdıqları dil İsa peyğəmbərin danışdığı dildir. 3-lü qrupda birləşiblər:

  1. TDV İslam Ensiklopediyasına görə, eyni adamlardan monofizit inancı olanlara Süryanilər,
  2. Nestoriusun fikirlərini qəbul edənlərə Nestorilər və ya Assuriyalılar,
  3. Nestorian olub sonradan Roma Katolik Kilsəsinə qoşulanlara isə Xaldeylər deyilir.

Süryani, nəsturi və keldani hər 3-ü də Avropada toplam 250 min civarındadırlar və deyim ki, güclü də diasporaları var.

Başqalarını tanımaqla onları özümüzə qərib və yad bilmərik, yaxınlaşdıqca isə onlarla faydalı işlərə imza ata bilərik. Johannesə də dedim ki, bizim bir atasözü var, insan insana rast gəlməsə də, insan insana rast gələr.

Yaşasın süryanilər, yaşasın Johannes. Geniş məlumat üçün burdan youtubedan izləyə bilərsiniz:

Süryaniler: Mezopotamya’nın kadim halkı | “Burası toprağımız”

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You May Also Like:

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1