Kitabı oxuduqca bölüşmək istədiyim məqamlar yaxamı buraxmır. Düşünürəm ki, sizlər də yararlana bilərsiniz. Yazır ki, son dövrlər açıq və gizli rəqabət və dəlicəsinə sürətli yaşam tərzi insanları daim stressdə saxlayır və nəticədə xaricdən gələn informasiyalara anında reaksiyalar verir. Bu reaksiyalar hər zaman neqativ deyil, xəbərdarlıq və təhlükəsizlik siqnalları da ötürür. Bu halda hipofizi aktivləşdirir. Hipofiz nədir? İstər ön pay, istərsə dal pay müəyyən hormonlar ifraz edir ki, vücudun inkişafı və su mübadiləsinə ciddi təsiri var. Kortikotropin bu hormonlardan biridir ki, bütün bədənə yayılır. O da öz növbəsində adrenalin və kortizol istehsal edir. Adrenalin tənəffüs və nəbzi yüksəldir, kortizol isə enerji depolayır(qlükoza miqdarı artır qanda). Hazırıq, davaya da özümüzü qorumağa da.
Məhdud olmasa orqanizmə faydalıdır, zərəri yoxdur. Ancaq ki, daim təşviş və həyəcan neyronlara təsir edir, yaddaşla oynayır və degeneretiv rolu oynayır. Bizi bu aktiv saxlaya bilər, ancaq daim stress uzun ömrə zərərdir.