Stokholmda ikinci gün…

Bu arada bildirim ki, biletləri Los.az-ın rəhbəri olan Rüfət bəyin Lucky travelindən alıram. Uyğun qiymət və yüksək xidmət(Şəfa xanıma ayrıca təşəkkür edirəm). Dostlar Rüfət bu işi yaxşı qurub və işi bilir. Keçək burdan ikinci günə, şəhər çox sakit və hüzurludur. Səs yoxdur, siqnal yoxdur. Stres yoxdur. Ümumiyyətlə o qədər səssizlikdir ki, kimsə danışanda yüksəs səslə, dərhal fərq edilir. Metroda bunu gördüm. Səsi daha çox seçilən etniklərdir. Ərəb, türk, zənci və ya digər etniklərdir. Səsli danışırlar. Şəhəri bütöv gəzmək qismət olmadı, amma hop on-hop off avtobusuyla demək olar ki, görməli yerləri gördüm. Çox təhlükəli sürürlər bu avtobusu. Ancaq peşəkardırlar. Şəhərdə diqqətimi dar küçələr, rəngarəng binalar çəkdi. Çox tez yatırlar, tez dururlar. Hava gec qaralır və çox tez sübh görünür. İqlim soyuq kontinentaldır. Düşünün ki, bir gündə yağış, günəş və soyuq görə bilirsiniz. Hətta mövsümə görə qar da gün ərzində yaşanır.

Yayı möhtəşəmdir. Qışı başqadır. Binalar çox gözəldir və otaqlar hündür olur. Otaqlar ekonomikdir. Hər sm incə düşünülür. Binalar qutu kimidir. İnsan kimi üzünə baxır. Böyük gəmilər sahildə yan alıb və 2 günlük gözəl Finlandiyaya gəmi turları var. 41 saatlıq. Rüfət deyir, birgə turlar təşkil edək. Pis fikir deyil. 40 euro 1 günlük otaq puludur. Oteldən ucuz. Bu arada qiymətlər burda bahadır. 100 kron 18 manata uyğun gəlir. Hələ də euroya keçməyiblər. Rumıniyada ley, Polşada zlata, İsveçdə isə krondur. İnandırım ki, hər şey necə sistemləşdirilibsə, bir dəfə də olsun pul mübadiləsi etmədim. Kartla bütün ödənişlər mümkündür. Burda qara pul dövriyyəsi mümkün deyil.

Metrolar da 24 saatdır. Bir gediş 9 manata yaxındır və hər zaman bir əməkdaş olur. Ağlınız Macarıstana getməsin. Burda biletsiz hərəkət edə bilməzsən. Bura gəldikdən sonra anladım ki, niyə İsveçlilər Macarıstana dincəlməyə gəlirlər. Qiymətlər çox yüksəkdir burda. Həftə sonu müqəddəs sayılır isveçlilər üçün. 5,6-cı günlər içirlər. İçki bunların qanına işləyib.

İsveçlilər gözəldir, çox gözəldirlər. Qızları, uşaqlar sarışındırlar. Həqiqi sarışın. Bildiyin əsl sarışındırlar. Dilləri kobud gəldi. Kobud çıxır səslər danışanda. Skandinaviyada bütün digər ölkələr isveç dilini başa düşürlər və cavab da verə bilirlər. Amma isveçlilər digər slandinavları çətin başa düşür. Bundan başqa xaricilərə qarşı Parisdəki kimi deyillər. Gönül rahatlığıyla cavab verirlər və çox da yardımsevərdirlər.

100 krone pul əskinasında isə Greta Garbonu görə bilərsiniz. Aktrisa olub. Hollivudda sevilib seçilən aktrisa olub. Tragik rolların mahir ifaçısıdır. Hollivudun səssiz filmlərinə işıq olub. Vaxtınız olsa özünüz axtarış edin, dərin öyrənin onu.

Üçüncü yazı da maraqlı olacaq…

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1