Sevda xanım SAF-ın rəhbəridir. Adı gözəl seçilib amma dilimizdəki safdan deyil. Mənası, Svensk- Azerbajdzjanska förbund tərcümədən isə İsveç-Azərbaycan birliyi kimi tərcümə olunur. 20 ildir ki, İsveçdədir. 25 yaşından bura yol açıb. İşgüzar, zəhmətkeş və ölkənin dili və mədəniyyətinə tam sahibdir. Onunla görüşdən müəyyən başlıqları sizlərə də ötürəcəm.
- İsveç insanının beyni və zəkası itidir. Planlama əladır və sürətli struktur qura bilirlər. Ancaq icra da zəifdirlər. İcra işini kiməsə ötürməyə çalışırlar.
- Çox səssiz olduqlarını və ictimai tərbiyələndirmənin güclü olduğunu bildirir. İlk başda bunlar niyə bir birini şikayət edirlər və bu “stukaçlıq” nə verəcək bunlara deyə çox düşünürdüm, ancaq sonra gördüm ki bunlar bu yolla hərkəsi tərbiyələndirməyə cəhd edirlər.
- Qanunpərəst və qanunvericiliyin aliliyi bunlar üçün əvəzedilməz və bir o qədər özləri qanunlara ciddi riayyət edirlər.
- İsveçlilər tez yatır, tez də durur. Ancaq həftə sonu üçün bu keçərli deyil.
- Bələdiyyə sistemi çox güclüdür və çox sələhiyyətləri var. İctimai məsələlərə və sosiyal inkişafa çox önəm verirlər. Bütün resursları açırlar.
- Son illər Azərbaycanla bağlı müsbət fikirlər səsləndirilir və ölkə rəhbərliyinin apardığı siyasət və atılan addımları yüksək qiymətləndirirlər. Bu da özlüyündə Sevda xanımın özünü də sevindirir və bu işlərdə onun da ciddi əməyi var.
- Görüşdüyümüz yer Bertrag deyilən yer idi ki, əhalisinin 60 faizi köçmədir və onlar bir birilə yaxşı yaşayırlar. Burda olduğumuz məkanları xaricilər işlədir və bu yabancıları Sevda xanım yaxşı tanıyır. Onlar da onu.
- Qara qura işlər bu ölkədə bir kürd və bir digəri də qaraların olduğu mafiya qrupları idarə edir. Hətta bir məkanın yandırıldığını bildirmişdilər.
- İsveçlilərlə bizi birləşdirən tarixi köklərimiz var və bunlar istər Nobel qardaşları ilə də bağlıdır, istərsə də Tur Heyerdalın bildirdiyi kimi skandinav xalqları ilə gediş gəlişimizi isbatlayan Qobustan qaya təsvirləridir.
İsveçə gəldiyinizdə burda bir dostunuz və həmyerliniz var. Onun adı Sevda Dadaşovadır.