Stoik kimdir? Fəzilət nədir? Mark Aureli!

Stoikləri nə qədər bəyəndiyimi bir çoxlarınız bilirsiniz. Elə mətləbə keçirəm. Görün necə gözəl deyir; Sənin gücün mənim qorxumdadır, mən artıq qorxmuram, sən də artıq güclü deyilsən. Stoiklərin ana fəlsəfəsi sadə və təbii düşünməkdir. Möhtəşəm də olan bu deyilmi!?

Zenondan başlayan bu axın ta ki, kilsənin, yəni xristianlığın yaranmasına qədər mövcud olmuşdur. Kilisə ilə fəaliyyəti zəifləmişdir. Qədim Romaya qədər uzandı. Mark Aurelli belə özünü stoik elan etmişdir. Söhbət imperator Mark Aurellidən gedir. Bir çox elita da özünü stoik üzvü kimi bəyan etmişdir. Ellin və Qədim Roma ilə çiçəklənmiş və fəaliyyəti yayılmışdır.

Zenon, özü dahi Sokratesi müəllimi kimi və ideya sahibi görmüşdür. Nədir stoizm? Stoiklər evdemoniyaya – səadətli, çiçəklənən bir həyata nail olmaq üçün fəzilət təcrübəsinin kifayət olduğuna inanırdılar. Stoiklər buna nail olmağın yolunu gündəlik həyatda cəsarət və ya təmkinlilik kimi müəyyən fəzilətləri tətbiq etmək, ya da təbiətə uyğun yaşamaq kimi müəyyən etmişdilər. Nədir fəzilət? İnsanın kamil olmaq üçün, təsəvvür etdiyi ideala çatmaq üçün malik olmaq istədiyi və ya cəmiyyətdə arzuladığı yeri tutmaq üçün ona gərək olan üstün cəhətlər.

Fəzilət sözü hər hansı hadisə və ya insandan fərqli obyekt barəsində də işlənə bilər. Bu halda həmin hadisənin bizim üçün müsbət olan tərəfləri və həmin obyektin özü kimilərlə müqayisədə üstün cəhətləri nəzərdə tutulur.

Fəzilətlərin, təxminən 74-ünü gözdən keçirdim. Bəyəndiklərimi, sizlə bölüşürəm:

  1. Başa düşmə qabiliyyəti
  2. Aza qane olmaq
  3. Bağışlaya bilmək
  4. Gözüaçıqlıq
  5. Zəhmətkeşlik

Burda dayanaq və növbəti yazılarımda tək tək gedəcəyim başlıqlar olacaq. Ancaq yazını yenə də onun sitatı ilə bağlayacam:

Başa düşmək üçün baş lazım deyil. Başqalarından da öyrənə bilərsən.

Paylaşdığım şəkil Richard Harrisə aiddir. 2000-ci ildə Qladiator filmində Mark Aurelli rolunu oynayıb.

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1