Reallıqla ambisiya üst üstə düşməyincə, özünə Məlikməmməd nağılı danışmağa başlayırsan. Standartların tətbiq edilməsi, bir çox qarşıya qoyulan məqsədlərin bütövlükdə həlli üsullarından ən effektividir. Standart haqqında vikipedi eynən belə deyir, sözün geniş mənasında işlənən nümunə, etalon, model olub başqaları ilə müqayisədə ilkin götürülür. Standart kütləvi istifadə üçün nəzərdə tutulmuş məhsulların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyənləşdirən normativ sənəddir. Standart ilə bağlı tərifdə, diqqətinizi çəkdisə nə yazılıb, müqayisədə ilkin götürülür. İlkin götürülməsi, öncədən artıq sınaqdan çıxmış və təsdiqləmiş bir haldır. Düşünün, bu standartlar dəyişə bilərmi o zaman? Bəli dəyişə bilər, daha mükəmməl və qüsursuz olması üçün. Səhvlərin də bəlli bir sərhədi var. Səhvlər təkrarlanmamalıdır və nəticədə, standartlar təkmilləşir.
Misal, həkimlərin və ya müəllimlərin təkmilləşdirmə institutu. Adı necə də gözəldir. Təkmil olmalıdır. Zamanla inkişaf etməlidir. Öncədən güclü olub, amma indi də güclü olmalıdır. Belə düşünək, hər dövrə və zamana uyğun cavab verməlisən. Bəzən, iş yerlərində eşitdiyimiz sıx sıx istifadə olunan bu cümlələri gözdən keçirək, mən ömrümü verdim bu işə, bu işin başlayanda öndə gedənlərindən olmuşam, vaxtı ikən daha çox mən bu şirkətə qazanc vermişəm, bu şirkəti ayaqda mən saxlayıram. Bu olub keçmişdə. Bəs bu gün, əvvəlki iş performansın və ya işə qayğın, yerinə yetirməli olacaq məsuliyyətlərin. Deyil artıq o. O deyil. Keçmişini sui istifadə edə bilməzsən. Etməməlisən də. Söhbət bu sui istifadəçilərdən gedir.
Gələk təkmilə yenidən. Təkmil elə standartın ruh əkizidir. Ruhu gücləndirən necə ki mənəviyyatımızdır, təkmilləşmək də standartın güc mənbəyidir. Dəfələrlə bilgisayarınızda yenilənmiş anti virus proqramları və ya MS Office proqramlarını görə bilərsiniz. Fikir verin, yenilənmiş. Yəni yeni versiyalar. Yeni versiyalar da bizə daha çox istiqamət verir, işimizi asanlaşdırır, əvvəlki xətaları vermir. Yeni sözü burda müsbətdir.
Standartlaşaq, amma yeniliyə də açıq olaq! Yoxsa sinifdə qalarıq. Keçə bilmərik sinifi. Bizi arxada qoyarlar. Belə də ki, arxada olmaq pis hal deyil. Onun da öz gücü var.