Xoşbəxtlik sadəcə paylaşıldığında gerçəkdir.
Uşaq bağça müəllimələri hər zaman olmasa da, çox zaman xatırlanılmır. Qısacası unudulur. Keçmiş bizə gələcək qədər uzaqdır! Aralarındakı fərq birinin yaşanmış olması, digərinin yaşanmamış olması!
Dünyanın ən uzun ömürlü insanları əsasən 5 yerdə göstərilir və maraqlıdır ki, bunun 3-ü adadan ibarətdir. Ada həyatı uzunömürlülük üçün münbitdir. Bunların içində yalnız biri ada deyil ki, yeddinci günün adventistlərinin çoxluq şəkildə yaşadığı bu yerin adı Kaliforniyadakı Loma Linda şəhəridir. İspancadan tərcümədə gözəl təpə deməkdir. Bu adventistlər müsəlmanlar kimi, içki, donuz əti, hətta tütündən uzaq gəzirlər. Bizdə də niyə sayları çoxdur deyə düşünürdüm. Adventus, latıncadan hüzur etmə mənasını ifadə edir. Loma Lindada kilsəyə bağlı market ət satmır. İctimai yerlərdə siqaret qadağandır. Diet yüksək səviyyədə. Bütün Amerikada bu şəhər ad qazanıb. Adventislər buranı beləcə uzunömürlü şəhərə çevirib. Nömrələrini tapdım Bakıdakı. Youtube kanaldan da izlədim. Maraqlı olacaq onlarla görüş. Təəssüratlarımı bölüşəcəm sizlərlə burdan. Ancaq dinimiz İslamla çox oxşarlıqların olması məni sevindirdi.
Depressiya ilə bağlı son günlər eşitdiyim bir söz var, Chester Benningtonun intiharından bir neçə saat öncə həyat yoldaşı tərəfindən çəkilən videoda onun özünü öldürəcəyinin zərrə qədər bəlirtisi yoxdur və xanımı eynən belə yazdı: Depression does not have a face or a mood!
İnto the Wild filmindən tanıdığımız Chris Mccandlessin niyə pula önəm verməməsi, bu qədər ağıllı və başarılı olduğu halda, materyal dünyadan qaçıb, çöllərə düşməsini də yaxından araşdırıb tapmağıma səbəbkar dostum Şamxal oldu. Mccandless soyisminin mənası yoximiş. Bugünə kimi gəlib çıxmayıb. Ata və anası hərəsi bir konsultasiya şirkəti qurub və ciddi məbləğlərdə pul qazanıb. Düşünün, ailə və övladlar yaddan çıxıb. Travmanı gördünüz!
2 şeyi bu aralar çevrənizə mümkün qədər çox verməyinizi önərirəm. Biri diqqət, digəri qayğı. Bu ikisi də sizə yalnız sayqı və güc verər. Sonra demədi deməyin.
Çəm sözünü də yeni öyrəndim. Farscadan keçən bir sözdür və mənası, metod, yöntəm deməkdir. Dilimizdə bu aralar az istifadə olunsa da məsləhətdir.