Riqada bir neçə gün

Riqa, bildiyimiz Latviyanın paytaxtıdır və deyərdim ki, kiçik şəhər də olsa özündə çox xatirəni ehtiva edə bilir. Əhalisi azalan və dünyada itmək üzrə olan millətlər siyahısındadır. Yerli əhalisi latışlardır və onlar çox da deyillər. Dünyada latış sayı 1,5 milyondan çox deyil və bu da azalmaqdadır. Bu dil heç bir dilə bənzəmir.  Latışlar qədim Baltika xalqları olan latqalların, kurşilərin, zemqalların, sellərin və fin-uqor xalqlarının XVII əsrdə qovuşması nəticəsində yaranmışdır.

Riqaya gəlincə, Dauqava çayının sahilində yerləşir. 1201-ci ildə Bremendən olan episkop Albert fon Buksıveden tərəfindən yaradılan şəhər Riqa (Ridzne sözünün almanca tələffüzündən əmələ gəlmişdir) Latviyanın paytaxtına çevrilir. Albertin Bremenli olması şəhərdə Bremen çalğıçılarının heykəlindən də görünür. Onu xatırlayırlar və xatırladırlar. Ridzne kiçik bir çaydır. Sonra onu qurudublar. Döngə(loop, bend) mənasını verir və ya digər versiyada isə anbar mənasını daşıyır.

Riqada küçələr təmizdir. Təmizliyə ciddi fikir verilir. Küçələrdə 2 dil istifadə olunur. Rusca və latışca. Hal hazırda araları çox sərindir və ürəkaçan deyil. Şəhər boşalıb sanki. Adam ya da turist yoxdur. Olan turistlər isə demək olar ki, yaşlı, senior nəsildir. Elə bil küsüblər burdan. Seçki qabağıdır və gördüyüm odur ki, çox da qızğın mübarizə getmir. Rusların partiyası bağladılıb deyə onlar da səs vermək istəmirlər. O boyda rus millətini incik görmək də bir ayrı ayrıcalıqdır.

Bu ölkə tam euroya keçib. Pul vahidi eurodur. Qiymətlər ucuz deyil. Baha da deyil. Ancaq inflyasiya görünür. Xaricə köç çox olduğu üçün, xaricdən pul axını var ölkəyə. Litvalılar kimi gölü çox sevirlər və gölə yaxın ev onlar üçün idealdır. Düşüncələri klassik baltik düşüncəsidir. Paylaşmamaq, əlindəkini bölüşməmək və tək dağ bəbiri kimi fırlanmaq. Yəni, bizim sevdiyimiz cinsdən deyillər.

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1