Riqanın havasının şıltaq vaxtına düşmədim. Nə dolu, nə də yağış görmədim. Açığı şəhər günəşli idi. Boat touru Dauqava çayı üzərindən etdikcə gördüyüm o oldu ki, çay və kanalı da təmiz saxlayırlar. Körpünün altında 2pac shakur grafitisi görüncə 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərini xatırladım. Bir dönəm o rəhmətlik necə populyar idi. Sanki böyük bir çoxluğun səsi idi. O səs özü ilə də bugün yaşayır. Riqada, körpünün bəndlərində,yazısıyla.
Restoranlarda milli yeməklərini dadmağa çalışdım. Bəyənmədim, dadı bizim damağımıza uyğun gəlmir. Məcbur rus, avropa mətbəxinə müraciət etdim. Borş, salatlar və isti yeməklər sözünü dedi.
Çoxlu hindistanlı görə bilərsiniz. Təbii ki, delivery-çatdırılma işlərində sıxlıqla görə bilirik. Və ya ofisiant işlərində sayları az deyil. Ancaq təbii ki, tələbələr də az deyil. Ümumiyyətlə çox tələbə var bu ölkədə. Ciddi gəlir qaynaqlarındandır bu şəhərin. Şəhəri ayaqda tutur deyə bilərik.
Riqanın operası da bir başqadır. Əsl rus havası var. Ruslar bu ölkəyə bəxş edib operanı. Gözəl də alınır. Tam şəhərin mərkəzində görə bilərik.
Küçələrdə rusca çox eşidilir. Danışan çoxdur. Qısacası sayları çoxdur. Baxmayaraq köçən rus çoxdur. Yenə də varlar.