Restoranla bağlı son günlər gəldiyim qənaət və söylənin bəzi fikirləri sizlə də danışmaq istəyirəm. Belə ki,.
- Menusu olan restoran və ya kafe, fərqi yoxdur, bu ictimai iaşə obyektlərinin yeməkləri bir neçə gün əvvəldən bişirilmiş və ya həmin gün də bişirilə də bilər ki, qalan yeməkdən bu halda söhbət gedir.
- Əgər axşam saat 9-da yemək üçün kafeyə getsən, soruşsan, yeməyə nə var, desə ki, sadəcə baş ayaq(kəllə paça) var, bil ki, bütün bişirilən yeməklər o gün də bitib. Bu baş ayaq isə sabah üçün bişirilib.
- Əgər böyük restoranların bəzilərinin bazarlığını bilsəniz, onlar necə ucuzluğa gedirlər və qiymətləri də necə baha verirlər, köşələrdəki bəzi kafelərin təmiz və üsulca doğru bazarlığını onlarla müqayisə etsəniz, daha da yüksək qiymət verərsiniz.
- Ətlə bağlı alış verişdə böyük və set restoranlarının bəzilərinin aylar və ya həftələrlə dərin dondurucuya tıxa basa doldurğu mal və qoyun ətlərini düşünün. Çox təəssüf ki, arada işığın keçməsi ilə əti bir xeyli marine edib servisə çıxarırlar.
- 6 saatı keçmiş bişirilmiş düyü və ya tam duza qoyulmamış pendir, hansı ki, o düyü zəhərlənmə də verə bilər, və ya duza qoyulmamış pendir isə bruselyoz xəstəliyinə rəvac verir.


