Kütləvi informasiya vasitəsi olan Qəzetlər reklam üçün hələ də rol oynamaqdadır və günümüzdə yenə də yaygındır. http://www.mak.az/forum/index.php?showtopic=164&st=0 dan bir topik bununla əlaqədar görüncə qəzetin reklam üçün yaratdığı üstünlükləri və əksik tərəfləri yazmaq istədim. Reklamverənlərin daxili bazarda yerli bazarlara marketinq təkliflərini çatdırması məsələsidir. Reklamverən qəzetlərin 3 növü var; 1.klassik 2. display 3.əlavə(supplement,insert,advertorial). Öncəliklə üstünlüklərdən başlamaq istəyirəm…
- Müəyyən bir area və ya cografi bölgüdə çox insanın əldə edə bilməsi mümkündür.
- Reklamverən şox rahatlıqla reklamın ölçüsündə və teyin edilmiş yerləri seçə bilər.
- Reklam kifayət qədər geniş ola bilər və rahatlıqla yayımlanar
- Reklam açıqlığı qəzetdə məhdudiyyət tanımır və oxuyucu onu təkrar təkrar oxuya bilər.
- Bir çox opsiyonlara sahibdir. Kopyalana bilər və istənilən rəngdə ya ag-qara , ya da rənkli.
- İnsanlarda sevdikləri və oxuduqlari qəzetlərdə reklamı oxuyur və o qədər də televizordakı reklama mənfi reaksiyası yoxdur.
- Qəzet reklamında geri bildirim(feedback) sürətlidir. Belə də ki, həftənin Bazar ertəsi verilən reklam bir həftəliyinə yayımlanacaqsa, o reklama cavab da o müddət ərzində də gəlir.
- Əgər büdcən azdırsa, o büdcəyə uyğun da kiçik ölçüdə reklam vermək mümkündür.
- Hər hansı bir qəzet nömrəsi vəya da onun arasından bir səhifə çıxardıla bilər ve saxlana bilər
- Qəzetdəki başlıqlara uyğun olaraq reklam da yerləşdirilə bilər. Misal olaraq, İdman başlığında idman mağazası dükanının reklamı uyğundur.
Şübhəsiz qəzet reklamlarının üstün olmayan cəhətləri də var, yəni dezavantajları :
- Clutter deyilen, dağınıqlıq ya da kirlilik. Bər səhifədə çox reklamın olması və konkret oxuyucunun diqqətini ona verməməsi mümkündür.
- Reklam veriləcək yerin bahalı olması
- Zəif görsəl məhdudiyyət, fotoların keyfiyyətsiz olması
- Qəzetlər ümumilikdə pullu olur
- Qəzetin ömrü qısa olur, sadəcə bir dəfə oxunur çox hallarda.
- İnternetin də geniş vüsət alması da, qəzetin geriləməsinə səbəbdir.
- Əsl hədəf kütləsinin qəzeti əldə edə bilməməsi.