Qürur niyə günahdır!?

 Həyatımızın hər səfərində yerli xüsusiyyətlərini təcrübədən keçiririk. Yəqin, uğursuzluğa düçar olmuşuq, məqsədimizə doğru yol düşündüyümüzdən daha çətin olub. Heç kim daim müvəffəqiyyət qazanmır və heç kim də ilk həmlədə müvəffəqiyyətə nail olmur. Hamımız bu yolda uğursuzluqları dadırıq. Eqo bizim bu vəziyyətlərə hazırlıqsız yaxalanmağımıza səbəb olmaqla yanaşı, eyni zamanda həmin vəziyyətlərin yaranmasına da töhfə verir. Yenidən yüksəlmək üçün istiqaməti dəyişmək və özünüdərk qabiliyyətini artırmaq lazımdır. Bizə nə özümüzün, nə də başqalarının mərhəməti lazım deyil, bizə məqsəd, tarazlıq və səbir lazımdır.

Bəşəriyyət bizim kədərimizdən daha çox sevincimizə şərik olduğu üçün həmişə yoxsulluğumuzu gizlədib varidatımızı nümayiş etdirməyə meyil göstəririk. İztirablarımızı ictimaiyyət önünə çıxarmaqdan və düşdüyümüz vəziyyətin bütün bəşəriyyətə məlum olduğuna rəğmən əzablarımızın heç ikidəbirinin anlayışla qarşılanmadığını görməkdən alçaldıcı şey yoxdur.

Tanrılar birini məhv etmək istəyəndə əvvəlcə onu perspektivli adlandırırlar, Kirill Konolli deyir. Hələ 2500 il əvvəl elegiyaları ilə məşhur olan şair Teoqnis öz dostuna yazırdı:

Kurnos, tanrılar məhv etmək istədikləri adama əvvəlcə qürur hissi bəxş edirlər. Biz qəsdən bu pərdəni qaldırırıq.

Qürur insanın kiçik nailiyyətini ona böyük qələbə kimi hiss etdirir. Düşünün, hər hansı sıradan bir çempionatda qazandığı kuboku maşınında ön sırada kəmərlə bağlayıb, gəzdirən insanlar var. Hələ onu hər gün silib təmiz saxlamağı da bir ayrıca xüsus.

Xristianlar qürurun günah olduğuna inanırlar, çünki onu yalançı hesab edirlər. Qürur insanı digərlərindən daha yaxşı olduğuna, tanrının onu yaratdığından daha yaxşı olduğuna inandırır.

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1