Qruplaşma illüziyası, və ya filankəsin ayağı düşmədi!

Nədir qruplaşma illüziyası? Bu, təsadüfi hadisələri birləşdirərək məntiq əldə etmək cəhdimizdir. Adətən qumarda müşahidə olunur. Məsələn, rulet oynayan şəxs hesab edə bilər ki, stolda bir neçə qırmızı vərəqə göründükdən sonra qırmızı vərəqə bir daha görünməyəcək. Və ya, seçmə qavrayış əsasında inkişaf edən kiçik qruplarda ehtimallar daxilində baş verən hadisələrin təsadüfi olmadığını hiss etmə vəziyyətidir. Məsələn, bir sikkə 20 dəfə atılırsa, ön və ya arxa tərəf almaq ehtimalı 50% hesab olunur, halbuki 5 dəfə dalbadal arxa tərəf düşməsi insanda qəribə bir şey olduğunu hiss etdirir. Bir məntiq axtarırıq. Bu əslində sadəcə hissdir. Başqa adla desək fantom nümunəsidir(phantom pattern).

Bryce Hoffman Forbesdən belə nəql edir, qruplaşma illüziyası bizi təsadüfi məlumatlarda nümunələri qavramağa aparan idrak tərəfidir. Bu fenomen insanın ətrafımızdakı dünyada, hətta heç birinin mövcud olmadığı yerlərdə nizam və proqnozlaşdırıla bilənlik axtarmaq meylindən qaynaqlanır. Bu instinkt müəyyən kontekstlərdə faydalı ola bilsə də, xüsusilə statistik və ya ehtimal məlumatları ilə işləyərkən, çox vaxt səhv nəticələrə və zəif qərar qəbul etməsinə səbəb olur. Qruplaşma illüziyasını, onun nəticələrini və təsirlərini azaltmaq üçün strategiyaları başa düşmək effektiv qərar qəbul etmək üçün çox vacibdir.

Qruplaşma illüziyası koqnitiv təhrifin bir nümunəsidir. Nədir koqntiv? Koqnitiv dərketmə və xarici informasiyaları mənimsəmək qabiliyyətni təsvir edir. Bir-birindən fərqlənən müxtəlif kontekstlərdə işlənir. Psixologiyada bu anlayış şəxsdə baş verən psixoloji prosesləri və əsasən informasiya emalında psixoloji vəziyyəti araşdırmaq üçün tətbiq edilir. Bu anlayış həm də tez-tez “kontekst biliklər”in ( konkretləşdimə), bilik, bacarıq, qavrama kimi keyfiyyətlərin araşdırılmasında istifadə edilir.

Çox vaxt koqnitivlik ilə şüur eyni götürülür. İnsanda bir çox şüurlu baş versə də, koqnitivlik və şüur eyni deyildir. İnsanda proses koqnitiv ola bilər, ancaq şüursuz baş verə bilər, məsələn, şüursuz şəkildə nəyisə öyrənmək.

Day bu məqalədən sonra, filankəsin ayağı düşmədi, filankəs səhər səhər qabağıma çıxanda işim rast gətirir. Aldatmadır bu. Bir daha bu kimi hallarla ciddi qərarlar qəbul etməzsiniz.

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1