Zəmanəmizin “Kefli Isgəndəri” ya da “Sözbazı” Qoşqar Mövlanla bir çox fikirləri müzakirə etdik və yaşanmış hadisələrə işıq tutuldu. O eynən aşağıdakıları belə deyir:
İncəsənətlə məşğul olan adama evdən zəng gəlirsə və hardasan sualı verilirsə, o işi görmə. Uzaqlaş. İncəsənət adamı yetim olmalıdır, qaraçı olmalıdır. Ruhu, canı xalqa aid olmalıdır. 5 yaşından soskasını evdən götürüb çölə çıxmalıdır.
İncəsənət adamı çöl adamı olmalıdır, çölə çıxmalıdır. Çölü yaşamalıdır. Evdə tərbiyəyə vaxtı ola bilməz.
Xalqa kütlə deyə bilməzsən. Peçat vurmuşdun. Xalqın ki aktyoruydun.
Sən xalqa balta atammazsan. Sən xalqın çörəyini yeyibsən, yeyirsən.
Dini və milli mental dəyərlərdən uzaq olmalıdır.Satirik olmalıdır.
Səhər anasını aktyor basdırıb, axşam teatrda səhnədə olmalıdır. Teatrın simvolu kimi.
İnsan var ki, genetik fiziki pul qazanır. Rəncbər, kömür işi, maldarlıqlıq, pəhləvan işi. Amma adam var ki, stolda qazanır. Beyni qazanır.
Bütün ruhumuzu əlimizdən alırlar aktyor kimi.
Aktyor ac olmalıdır, səhnəyə çıxanda ac çıxmalıdır. Yeyən, tox olan aktyor yaxşı oynamır.