Pul danışanda, insan susur, tapanca danışanda pul susur. Dinarla maraqlı söhbətdən 14 başlıq…

Dinar son illər tanıdığım güclü yumor gücü olan dostlardandır. Onunla hər edilən söhbətlərdə bir çox maraqlı başlıqlara toxunur və özünün də razılığıyla sadəcə bir görüşümüzdən bir neçə başlıqları qeyd etdim. Buyurun, sizə də maraqlı olacağına əminəm.

Motivasiya kitablar çox da şey vermir, bunun izahı isə sadədir. Kitabı oxudunuz, kofenizi içdiniz. Sizə yaxın və ya qeyri yaxın bir yoldaşdan zəng gəlir və borc istəyir sizdən. Kitab qalib gələcək ya bu gələn zəng?

Hekayə eynən belə nəql olunur. Bazarda bir uşaq ağlayır və bir ona yaxınlaşır. Niyə ağlayırsan? 3 manatımı itirmişəm. Adam əlin cibinə atır və sayıb uşağa 3 manat verir. Sevinməli olan uşaq, bu dəfə daha bərk ağlayır. Adam soruşur, indi niyə ağlayırsan. Mən 3 manatı itirməsəydim, 6 manat olacaqdı cibimdə. Neqativ şeyin effekti çoxdur.

Ağılsızın da ağıllının da pulu var.

Xoşbəxtlik ağıllı insanda azdır. Baxmayaraq ağıllı insanda pul çox olur. Burda paradoks var.

Həyatda ağılsız olasan, pul qazanmaqda uğurlu olasan.

Makiavellinin kitabı, Hökmdar əsəri səni uğurlu edə bilər, ancaq xoşbəxt edə bilməz.

Küçədə də padşah ola bilər. Hər küçənin öz padşahı ola bilər.

Qərar verəndə emosiyalar var. Səhvlərin çoxu burdan başlayır. Mənə ən çox nə xeyir verir, sualı da burdan doğur.

Dünyanın inkişafı tənbəllikdən gəlir.

Dünyada alver və yazmaq “çumo işi” hesab olunurdu vaxtiykən.

Krımda yəhudilərin muxtariyyət dövrü olub.

Farslarla yəhudilərin taleyində oxşarlıq çoxdur.

Farsca özü yazan idi, tarixi də yazmağa başlayır. Yazdıqca diplomatiyası artır. 19-cu əsrə qədər alver zapadlo olub ruslar üçün. Yazı çox önəmlidir, ilk yazanın önəmi daha çoxdur.

Pul danışanda, insan susur, tapanca danışanda pul susur.

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

WhatsApp-dan bizə yazın
1