Türkiyənin ən nüfuzlu və ad çıxarmış dələduzu Sülün Osman ölkəmizdə də tanınmağa başlayıb. Uzun illər Türk insanını aldatmaqla məşğul olan Sülün Osman təbii ki, həbsxana həyatı yaşayıb və dəfələrlə müxtəlif müddətlərdə həbs həyatını görüb. İlk illərində dələduzluq necə edilir, necə uğurlu alındırmaq olar deyə mühazirələri olsa da, çox ilginc olan tərəfi onun zamanla belə etməməsidir. Getdikcə məhbuslarda “mənim kimi olmayın” deyə bir çıxışları başlayır və onun şah əsəri olan, Vicdan və dürüstlüklə bağlı seminar həbsdəykən baş tutur.
Tarixin ironiyasına baxın. 1962-ci ilin 20 aprelində o, cəzaevində məhbuslara “Alıntəri ilə yaşamaq” (“Alınteriyle Yaşamak”) adlı bir konfrans verdiyi bildirilir. Bu çıxışda o, “əməyin dürüst yolu” üzərində danışmışdı — tərcümədə bu, vicdan, çalışmaq və qazancın dürüst yolları kimi anlayışlara toxunan bir mövzudur. Bu hadisə o dövrdə mətbuatda ironik bir məna ilə xatırlanmışdır, çünki belə bir mövzunu məşhur bir dolandırıcının hamıya izah etməsi qeyri-adi sayılırdı. Çıxışındanbaşlıqlar aşağıdakılardır:
a)Alın təri ilə qazancın əhəmiyyətindən,
b)Haram və asan pulun sonunun pis olmasından,
c)Dürüst zəhmətin insanı daha ləyaqətli etdiyi fikrindən danışıb.
Sülün Osman həbsdən çıxdıqdan sonra əvvəlki qədər aktiv və böyük miqyaslı fırıldaqlarla gündəmə gəlmədi. Həyatının son illəri daha sakit və maddi baxımdan çətin keçdi. Azadlıqdan sonrakı dövr
- Mətbuata müsahibələr verdi və öz həyatını “ibrətlik hekayə” kimi danışdı.
- Bəzi çıxışlarında gənclərə “asan pula aldanmayın” mesajı verdiyi qeyd olunur.
- Maddi vəziyyəti əvvəlki illərlə müqayisədə zəif idi; böyük sərvət toplaya bilməmişdi.
Qalata qülləsini və körpüsünü dəfələrlə satan Sülün Osman həyatının son illərini acınacaqlı, maddi vəziyyəti ağır şəkildə keçirdi. Mən doğulan ilisi 1984-cü ildə rəhmətə getdi.
Bugün isə Ramazanın ilk günüdür. Bir çoxları hansı ki, yaxından və uzaqdan tanıyıram. Nə əxlaqı yerində, nə mərifət sahibi, 11 ay yemədiyi qələt yox, gəl deyir Ramazan, səni gözləyirdim. Allah adı ağzından düşmür. Dövrümüzün Sülün Osmanlarıdır. Paradoksal həyat yaşayırlar. Ziddiyyətli yaşayışları ortada. Kimi aldadırsınız!?
Valikdir, 11 ayın sultanı xoş gəldin yazır!
İçkidən başını qaldırmayan bədənini təmizləyir.
Fırıldaqçıdır, bu bayram hamımıza xeyir gətirsin deyir!
Sahib olduğu tənbəlliyi və faydasızlığını, komplekslərini dinimizin arxasında gizlədərək Ramazan qoy içimizi təmizləsin deyir!
Məmurdur, rüşvəti utanmadan alır. Axşama harda orucumuzu açaq deyir?
Bütün bunlar yenə də bir fikir yaradır. Kimi aldadırsınız? Yaradanı, özünü ya başqalarını!
Özünü aldadırsan ey insanoğlu!

