Orxideya nədir? Saxta xəbər növləri!Balkanlar da yeyən olur!

Sfântu Gheorghe şəhəri ümumi götürəndə bu günlərdə soyuq havaya sahibdir. Demək olar ki, hava soyuqdur. Binalar mənə həm soveti, həm də avropa klassikasını xatırladır. Təlimimiz Orchidea Events mərkəzində həyata keçirilir. Orxideya çiçəyinə gəlincə, bir az məlumat verim. Tropik iqlimi sevən Orxideyanı dünyanın hər yerində yetişdirmək mümkündür. Orxideyanın dünyada 20 mindən çox növü var.Gül ailəsi genişliyinə görə dünyada ikinci yeri tutur. Orxideya əsalətin və qayğının rəmzidir.Bu, tropik iqlimi sevən gülün çiçəkləri kiçik, gövdələri uzun olur.Uzun nazik gövdələri incə olduqları hissini versə də, çox dayanıqlı və uzun ömürlü güllərdən biridir.

Səhər yeməyinə tədbir təşkilatçıları yemələri az qoymuşdular və Bosniya-Herseqovinadan olan iştirakçılar, balkan ölkələri üçün bu yeməyin az olduğunu və doymayacaqlarını bildirdilər. Maraqlısı odur ki, mən də o fikirdəydim. Soyuq hava həm də adamı yedizdirir. Əslində səbəbini bilmirəm, amma dağ havası və soyuq, adamı yaxşı acdırır.

İrəliləyən saatlarda təlimimiz başladı və maraqlı o idi ki, peşəkar dəvət edilmişdi və mövzu ona ötürülmüşdü. Mövzu, disinformasiya, misinformasiya və saxta(fake) xəbərdir. Gözəlcə izah edib, bizə tapşırıqlar verdi. Bir bir təriflərini verəcəm və maraqlı olsa, özünüz qarşılaşdırın:

  1. Yanlış və ya aldadıcı informasiya. Bu, qəsdən aldadıcı xarakter daşıyan və təbliğat mahiyyəti olan dezinformasiyadan fərqlənir. Bu misinformasiyadır. Yanlış və ya aldadıcı informasiya. Bu, qəsdən aldadıcı xarakter daşıyan və təbliğat mahiyyəti olan dezinformasiyadan fərqlənir. Misinformasiyanın ilkin tərifləri açıq şəkildə yalan, yanlış və ya faktiki olmayan ifadələrə diqqət yetirirdi
  2. Dezinformasiya isə insanları aldatmaq üçün qəsdən yayılan yalan məlumatdır. Dezinformasiya saxta xəbərlər şəklində təqdim edilə bilər.
  3. Fake news, saxta xəbərlər isə sarı jurnalistikanın növü sayılır və ənənəvi çap, yayım xəbərləri mediası və ya onlayn sosial media vasitəsilə yayılmış qəsdən səhv məlumatlar və ya xaoslardan ibarətdir. Saxta və ya yanlış xəbərlərin arxasında müxtəlif məqsədlər durur, lakin ekspertlərin fikrincə, bu xəbərlər əsasən maddi gəlir və ya siyasi hədəflərdən ilhamlanır

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1