Uzun zamandır Böyükfırat restoranını ziyarət edirəm və xüsusilə də axşamları orda oluram. Yeməyimi orda yeyirəm, çayımı orda içirəm. Görüşlərimi də orda keçirirəm. Qonaqlarım da bəyənir. Dostlarım da oranı sevir mənim kimi. Amma mənim bugün danışacağım mövzu tamam başqadır. Mövzum uzun zamandır restoranda ofisiant işləyən Kənan Məmmədov haqdadır. Kimdir Kənan? Niyə ondan danışıram?
Kənan, bizim restoranda xidmətindən razı qaldığımız bir neçə ofisiant yoldaşlardan biridir. Onun peşəkarlığı və işə həssaslığı, eyni zamanda diqqətcil olmağı təqdirimizdən yan keçmir. Ancaq mən bunlardan yox, başqa bir yönündən danışmaq istəyirəm. Kənan gecəçi olaraq çalışır. Gecələri onun bir daun sindromlu gəncə xidmət etməsi məni çox duyğulandırır. Onu artıq dəfələrlə görmüşəm. Onun yeməyini verməsi və çayını süzməsi, yerində söhbət etməsi, kiçik zarafatları hamısı əla. Neçə ildir bu davam edir. İlk başlarda öz cibindən Kənan onun ödənişini edirmiş. Rəhbərlik bunu gördükdən sonra öz öhdəsinə götürüb bütün ödənişini. Restoran özü daun sindromlu gəncə qarşılıqsız yemək servisi etməyə başlayıb.
Kənanla danışanda, o gəncin, tərəfindən bu cür diqqət göstərilməsi və yeməklə təmin edilməsi, insanlıq borcu kimi anladığını söyləməsi məni çox sevindirdi. Ona yardım etməsi yuxarıdan və ya rəhbərlikdən əmr kimi gəlməməsi, özünün şəxsən insiyatifi tərəfindən yerinə yetirilməsi sevindiricidir.
Düşünək, dostlar, Kənan kimi hər restoranda yardımsevər insanlar olsa və hər restoran bir və ya bir neçə nəfəri öhdəsinə götürsə nə qədər insanlar qarnını doydurar və xoşbəxt olar. Necə ki, özünün dediyi kimi, Zaur abi, biz yemək yeyirik nəhayətində! Nə kral cümlədir. Sonda doğrudan yemək yeyirik və mutlu oluruq.
Kənan sadədir. Sadə düşünür. Sadə yaşayır. Kiçikdir. Boyu da kiçikdir. Düşüncəsi də kiçikdir. Ancaq əməlləri böyükdür. Kiçik düşüncə amma böyük ürək!. Kənanlar çox olsun.
2 şəkil var. Daun sindromlu yoldaşın üzünü şəklə salmadım. Kənan isə digər şəkildə dostlarımız Elçinlə Şamxalın əhatəsində tam mərkəzdədir. Mərkəzdə ol, Kənan!