Onun böyük ürəyi…

Onun haqqında danışmaq çox asandır həm də çətindir. Asandır çünki düşüncəsi sadədir. Çətindir, çünki mümkün olmayacaq şeylər onun üçün mümkün hala gətirilməyə çalışılır. O günahı səadətlə birgə yoğurub. Günahı sevir. Sevdiyinə qurban edir. Od nə də əzab onu qorxutmur. Gözüylə görür və ağlıyla da onu dərk edir. Düşünün, şüurlu şəkildə bunu etmək necə də cəsarət edir.

Səadəti gecikib. Geciksə də onu arzulayır. Yaşamağa çalışır. Ruhunu qidalandırır və o qida onu yetərincə tamamlamır, ancaq o yenə də canın atır ortaya. Səadətə ruhuyla toxunur.

Onun yükü çoxdur, ağırdır. Ancaq yorulmur. Yorula bilmir. Yatmır. Yata bilmir. Yatsa belə yatmır. O dünyadan istədiyini ala bilmir. Alsa bəlkə yatar. Çünki, dünya ona uşaqlıqdan ayıqlığı öyrətdi. Öyrəndiyi də odur. Ayıq olmalıdır, ayaqda olmalıdır. Düşünmək onun həyat fəlsəfəsidir. Ancaq nə qədər? Düşünmək istəmir. Düşünməkdən bezib. Yerimə düşünən axtarıram deyə deyə şikayətlənir. Ancaq elə şikayət kimi də davam edir. Onu sadəcə sadə və asan şeylər xoşbəxt edə bilər. Onu səmimiyyət və dürüstlük yetəri qədər məsud edir.

Yaşamağı sevən və sevə sevə yaşamağın fərqində olan bir insan necə kiçik xəyallara sahib ola bilər. Kiçikliyində o qədər böyüklük var. Daşıdığı rolları yaşını üstələsə də əsl kimliyini itirməyən bu sadə insan, dünyaya meydan oxuyur.

Ey sən, yaşamağa davam et. İçindəki körpəylə, ürəyindəki sevgilə, beynindəki həqiqətlərlə… Nə gözəldir ki, o ürəkdə yer almısan…

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1