Nar çubuğu və su kimi!!!

Nar çubuğunun bir xüsusiyyəti var ki, əyilir, büzülür, hətta qıvrılır amma qırılmır…

Su kimi olmaq fəlsəfəsilə nar çubuğu fəlsəfəsi arasında bir bağlılıq var…

Su axar yolun tapar, maneəni aşar, aşmazsa illərlə aşmağa çalışar.

Nar isə əyilir, sındırılmağa çalışılır, deformasiya olur, yararsız hala gətirilir, amma qırılmır. Qırılmağa meyilli də deyil. Qırılmaz da. Məşhur 7 nar çubuğu əsəri də buna misal gətirilib. Bu əsər hekayədə parçalanmağın məhz bəd nəticələr verəcəyini, birlikdəliyin isə güc verəcəyinə işarə edir… Bir az etimologiyasına gedək…

Narın adı orta əsrlərdə Latın pōmum “alma” və qranātum “toxumlu” sözlərindən yaranmışdır. Ola bilsin ki, köhnə fransız dilində meyvə, pomme-qranat sözündən qaynaqlanan nar qədim ingilis dilində “Qrenadanın alması” kimi tanınırdı – bu termin bu gün yalnız heraldik blazonlarda qalır. Bu, Latın qranatusunu İspaniyanın Qranada şəhərinin adı ilə qarışdıran xalq etimologiyasıdır ki, bu da əlaqəsi olmayan ərəb sözündəndir.

Bir insan düşünün, həm su kimi ol, həm də nar çubuğu fəlsəfəsini tam mənimsəyib. Su kimi axır, həyatda bütün maneələri aşır, nar çubuğu kimi, qırılmır və birlikdə aşır bütün maneələri… Su kimi ol fəlsəfəsində, su kimi yumuşaq ol, amma əngəlləri aşacaq qədər qəti ol… Müharibədənsə, yanından öt və ya fərqliliklə mübarizə aparacağına adaptasiya ol…

Nar çubuğunda daşı tək yaracağına birgə yoldaşlarla yar. Əngəlləri tək keçəcəyinə birgə dostlarla keç…

19 sentyabr tarixli, Stoikin gündəliyində, istəyin elastikliyində də bundan bəhs edilir. Unutma ki, fikrini dəyişməyin, sənə doğru yolu göstərməyə çalışan bir adamla razılaşmağın azadlığını məhdudlaşdırmır. Çünki, özün qərar verirsən, özün düşünürsən, özün mühakimə edirsən.

Dəmir iradəyə malik olmaq yox, uyğunlaşan iradəyə malik olmaq əhəmiyyətlidir. Dəyişmək və ya uyğunlaşmaq zəiflik deyil, əslində elastiklikdə xüsusi bir güc var. Əslində, güclə birləşən elastiklik qarşısı alınmaz və möhkəm olmağımızı təmin edir…

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

WhatsApp-dan bizə yazın
1