Bu xətanın digər adı da qumarbaz xətasıdır. Niyə qumar? Çünki Monte Karloda qumarxanada bu baş verir. 26 kərə qara xana gəlir. Düşünə bilirsiniz? 1368000 milyonda bir baş verir. Təsəvvür edə bilirsiniz? Bir az da açaq bu mövzunu.
Təsadüfi bir hadisənin
Az öncə baş verən hadisənin təkrar baş verməsinə inanmaq, habelə az öncə olduğu üçün təkrar baş verməyəcəyinə inanmaq, eyniylə bir müddətdir baş vermədiyi üçün təkrar baş verməyəcəyinə inanmaq, hətta bir müddətdir baş vermədiyinə görə indi baş verəcəyinə inanmaq. Qarmaşıqdır. Burada vacib olan bir-birinin ardınca baş verən hadisələrin bir-biri ilə əlaqəli olub-olmamasıdır.
Qumarbazın səhvi keçmiş hadisələrin əslində onlardan tamamilə müstəqil olan gələcək hadisələrə təsir edə biləcəyinə dair yanlış inancdır. Məsələn, qumarbazın səhvi insanı inanmağa vadar edə bilər ki, əgər bir sikkə ardıcıl olaraq iki dəfə yuxarı çıxırsa, növbəti atışda başı yuxarı çıxması “gərəkdir”.
Ancaq tarixdə Ashley Revell nümunələri də var. 2004-cü ildə kazinoda onun sadəcə bir kərəyə məxsus bütün maddi varlığını qırmızıya qoyması və sonda qazanması bunu bir daha göstərir. Ancaq unutmaq bu məfhumun digər adı elə Gambler paradoksudur.
Bunu belə də düşünün, biriylə münasibətdə yaşadığınız bir problem bütün digər problemlərə sirayət edə bilməz. Hər münasibətə və münasibətdəki nəticələr eyni ola bilməz. Hamısı müstəqildir. Müstəqil hadisə kimi baxılmalıdır!