Mr. Anonim ilə 25 başlıq və də Aybəniz sindromu!

Əziz dostum Mr. Anonim ilə bugün keçən görüşümdən çox maraqlı başlıqlar çıxdı ortaya. Xahiş etdi ki, adı və özü haqda yazılmasın. Təbii ki, razılaşdım. Sağ olsun, sizlərə onun maraqlı fikirlərini bölüşəcəm:

1. Düşmənlərini elə mövcud cinayətkara öldürt, nəinki cinayətkarı sağlam düşünməyə gətirmək üçün resurslarını xərcləyəsən.

2. Kəskin olma, çubuq kimi ol. Əyilib bükülməyə hazırlıqlı ol.

3. Fəlsəfəçi kütlə ilə paralleliyi təmin etmək lazımdır. Yoxsa biri aran, biri turan anlar.

4. Tamahkardırsa, iş gətir.

5. Hər bir şeyin öz yolu var.

6. Bəzən insanın fokuslandığı şeylər yanlış yerlər olur.

7. Olması gərəkən yerdə deyilsə, olmaması gərəkən yerdədirsə, sənə zərər verəcək, amma olması gərəkən yerdə olsa sənə fayda verər.

8. O adam kimi ol, nə yasa get, nə yasına gətirt.

9. Fayda ilə zərər balanslaşdırılsın. Hansı daha üstündür! Onu seç!

10. Ana prinsiplərdən uzaqlaşdıqca, zərər üstünü zərər gəlir.

11. Hər gəliş mövcud duruma fayda sağlamır!

12. Sosial mühit kəskin fərqə səbəb verir. Ya biz onun, ya o bizim səviyyədə çətinlik çəkəcək!

13. Maliyyə müstəqilliyi, azadlıq duyğusunu o qədər körükləyir. Nə qədər azadam, nə qədər yaradıcıyam. Kölədənsə, düşüncə sərbəstliyi yaradılsın

14. Ən yaxşı koordinator, günümüzün milyarderləridir. Onlar hər hansı ixtisasda olimpiya medalına sahib deyillər!

15. Ədalət bərabər insanlar arasında ola bilər. Yükü  eyni olmalı deyil. Məsuliyyəti də eyni olmalı deyil. Milyonerlə sadə vətəndaşın məsuliyyəti eyni olmalı deyil.

16. Başdan qoyulan meyarlar səhv olduğu üçün, sonu da sorunlu bitir.

17. Siqaret çəkməyi onun azadlığıdır. Bir fırtla özünü azad hiss edir. O qədər məhdudiyyətlər var ki. Burax, çəksin!

18. İnsanları qəfəsə salırıq, heçkim bunu etməsin deyə. Mənim 400000 min borcum mənə zərər vermir, sən 20000 min borcla zərər görürsən.

19. Azadlığın qədər varsan!

20. Öhdəlik müasir köləlikdir!

21. Ev verirəm işçimə ki, mənə bağlı qalsın. İşdən çıxmasın deyə.

22. Əldə edə bilməyəcəyin şeyi, hədiyyə elə!

23. Divar sənə maneə olduğu kimi, səni qoruyan nəsnəyə də çevrilir.

24. Eqoya xidmət edincə, məqsəd itir.

25. Aybəniz sindromu. 4 il deyinib də rəhbərindən gözlədiyin nəticələri, işdən çıxdığında bir üstünə bildirmirsən. Soruşanda niyə etmirsən ki, 4 ildir gileylənirsən! Gün bugündür, rahat sözünü de. Bildirirsən ki, bunu demək bugün mənə nə verəcək? Siz xeyrini görəcəksiniz, mən isə bunu deməklə, bəlkə gələcəkdəki hər hansı xahişimdən olaram! 4 ildir məni güdaza verməyə hazırsan Aybəniz, ancaq gedərkən geridəkilərə, narazı qaldığın məsələləri üst rəhbərə bildirməylə, kömək etməyi düşünmürsən!

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1