Ürküdücü bir film olan Martyrs filmi təsadüfən instadan qarşıma bir önəri kimi çıxdı. İzlədim. Peşman olmadım. İlk başda anlamadım. İşgəncələr, ölümlər, qanlar, öz də nəinki qırmızı, hətta qara qanlar gördüm. Amma sonlara doğru başqa bir dialoqlara və hadisələrə şahid oldum. Martyr sözü elə martus kəliməsindən gəlir. Yunancadır. Mənası, şahid olmaq deməkdir.
Richard Grandpierre rejisordur. 1994-cü ildən filmlər çəkir. Film fransız düşüncəsidir. Maraqlı filmləri var. Baxmışam bir neçəsinə. Araşdırın bu rejissoru. Komedisi də var, fantastiki də, multfilmi də. Seppuku Paradigm isə musiqi yönündən məsuldurlar. İkilidirlər, duo yəni. Seppuku isə yaponcadan gəlir. Mənaca elə, hara kiri kimi, ritual özünə qəsddir. Bel nahiyəsindən qarnını kəsmək iti bir qılınc və ya bıçaqla. Filmdən əldə etdiyim qeydlər var.
Filmin adı olan martyrs ümumən nə məna daşıyır? Şəhid(Martyr), inancları və ya hər hansı səbəbi uğrunda tez-tez təqiblər qarşısında əziyyət çəkən və ya ölən şəxsdir. Bu söz yunan dilindən gəlir və “şahid” deməkdir. Tarixən bu termin, xüsusilə erkən xristianlıqda inanclarına görə işgəncə və edamla üzləşmiş din xadimləri ilə geniş şəkildə əlaqələndirilir. Filmdən əldə etdiyim qeydlər var. Qeydlərdən də görünən odur ki, ən gözəl sözlər Mademoiselle personajına aiddir. O bir monoloqunda belə qeyd edir:
Şəhidlər(Martyrs) müstəsna insanlardır. Onlar ağrıdan xilas olurlar, tam məhrumiyyətdən xilas olurlar. Onlar yer üzünün bütün günahlarını daşıyırlar. Özlərindən təslim olurlar. Onlar özlərini aşırlar… dəyişdirilirlər. Onlar, ən güclülərdir!
Şübhə etməyə davam edin.
Sənin üçün darıxmışam…
Filmi izləyin. Müzakirələr edək…