Əvvəlki məqaləmdə Özün ol! (zaurmarcom.blogspot.com) Vaqif bəyin şərhi diqqətimi çəkdi və onun şərhini də bölüşmək istərdim. Alıntı budur:
Filankəslə dostam amma ona ağız aça bilmərəm. Biz çox yaxınıq əslində. Doğrudan durum acınacaqlıdır. Sual edirəm, niyə işlə bağlı müraciət etmirsən? Deyir, dərhal gözündən düşəcəm. Yuxarı zümrədən bir şey istəyəndə etibarın azalır və sənə işbaz kimi baxırlar. Maraqlıdır, cavabı olan varsa desə sevinərəm. Və reallıqda mənim onun yaxın olan dostumla uzaq münasibətim daha çox mənə fayda verir ki, qazanan mənəm. Məndən xahiş edir ki, onun xidmətini və ya məhsulunu mən təklif edim onun dostuna!

1. Vaqif bəy deyir ki, tərəflər (yəni xahiş edənlə xahiş olunacaq), dost olsalar belə, təndilərsə yəni bərabərdilərsə, istər resurslarında, istərlərsə digər aspektlərdə, burda xahiş etməkdə problem ola bilməz. Bir birlərinə ağız da aça bilərlər, hətta iş də görə bilərlər. Burda münasibətlət tarazdır. Bərabər dostdurlar, ailə səviyyəsində olsun və ya iqtisadi səviyyədə. Belə də ola bilər ki, bunlar dost da ola bilərlər amma münasibətləri xidmət səviyyəsindədir.Daha dəqiq, tərəflərdən biri, bir zümrə aşağıdır.Bu halda ağız aça bilmir ki, etibarı sarsıla bilər. Bunu da N. Makiavellinin öz məşhur Hökmdar əsərində(128-ci səhifədə), hökümət işləri ilə məşğul olan nazir, özü haqqında yox, hökmdar haqqında düşünməlidir və hökmdara dəxli olmayan heç bir işdən ötrü onun yanına gəlməməlidir. Təbii ki, burada xahiş olunan burda hökmdar simvolikdir, xahiş edən vəzir düşünsək, aşağı yuxarı məsələsi ortaya çıxır. Burda kateqoriya alt və üst məsələsidir. Bu halda Vaqif bəy hesab edir ki, elə ağız açmamalıdır. Ona hətta xidmət də etməlidir, verdiyi rol üzərinə. Və ya olduğu yerdə dayanmalıdır.