Bu sözlərin sahibi Adolf Hitlerdir. Bu sözləri kimə demişdi, sual etsək, cavabı Eduard Blox idi. Kim idi Eduard Blox? Niyə onun minnətdarlığını xüsusi vurğuluyuram? O, yəhudi idi. Həm də Avstriya yəhudisidir. Eduard 1907-ci ilədək Adolf Hitlerin ailəsinin həkimi olub.
Atasi Alois Hitler öldükdən sonra bütün yük Klara Hitlerin üzərinə düşür. Eduard xatirələrində qeyd edir ki, baxmayaraq Klara tək qadın idi, evlərində hər zaman isti yemək olardı və də ev tər təmiz. Alois kasıb bir ailə başçısı idi. Elə Eduard da kasıbların həkimi idi. Onun üçün sevilirdi. Hətta onun qiymət tabelası da yox idi.
Öz xatirələrində həkim Blox qeyd edir ki, tarixçilər yeniyetmə və gənc Adolfun bu yaş dövrlərini neqativ cəhətdən çox şişirdirlər. “Əslində isə gənc Hitler sakit, təmkinli və çox tərbiyəli bir uşaq idi. Adolfla anası bir-birilərinə həddindən çox bağlı idilər. Hitler anasını çox sevirdi! 1907-ci ildə elə bir hadisə baş verdi ki, bu, bizim görüşlərimizi sıxlaşdırdı. Hitlerin anası Klarada döş xərcəngi aşkarlanmışdı və müalicə üçün ailənin imkanı yox idi. Ancaq mən bunu öz ohdəmə götürdum. Bir müddət müalicədən sonra xəstəlik əməliyyət səviyyəsinə çatmışdı. Mən Adolfa ölümcül halda olan anasının əməliyyata ehtiyac olduğunu bildirdim. Lakin əməliyyatın çox az mində bir faiz kömək edəcəyini uşaqlara izah edən zaman bir faizin belə Hitlerdə necə təskinlik yaratdığını hiss etdim və övladın anaya olan dərin sevgisini onun gözlərində duydum. Əməliyyat uğurlu keçmişdi. Lakin Klaranın həyatı uzun çəkmədi. Bir il keçmədi ki o, dünyasını dəyişdi. Diqqət edirsinizsə, Hitler də ana sevgisi necə yüksək olub. Onun anasına bağlılığı gələcəkdə Hitlerin Bloxa münasibətində də öz əksini tapmış olacaq.
Qızlar və Adolf mənə minnətdarlıq üçün gəlmişdilər. Bacılar bir-birilərinin sözlərini kəsə-kəsə mənə urək sözlərini bildirirdilər. Adolf isə susub sadəcə döşəməyə baxırdı. Onun növbəsi gəlib çatanda isə o, yavaşca əlimi tutub bu sozləri dedi: “Mən sizə ömrüm boyu minnətdar olacağam”. Bu 3 saniyəlik sözlərin dəyərini mən düz 30 il sonra anladım, necə qiymətli olduğunu duydum”.
Avstriyanın işğalından sonra(xatırladım ki, 1926-cı ilə qədər Avstriya vətəndaşı olub), daha dəqiq 30 il sonra rəsmi maşın karvanı Lincə daxil oldu. Hitler üstüaçıq maşında ayaq üstdə dayanmışdı. Həkim Blox da olanları iş otağının pəncərəsindən müşayiət edirdi. O, Hitlerin evin yanından ötərkən dönüb Həkim Bloxun evinə diqqətlə baxdığını gördü. Həkim Blox onun sonrakı taleyinin necə olacağını bilmirdi. Ancaq bir necə ay öncə ona məlumat çatmışdı ki, Hitler Lincdən nasistləri çağırıb şəhərdə nə baş verdiyini və həkim Blox haqda ciddi maraqlanmışdı. Elə həmin gorüşdəcə hamının təəcübləndirən bir çıxış etmişdi: “Həkim Blox çox xeyirxah yəhudidir, əgər bu xalqın bütün nümayəndələri ona oxşasaydı, heç bir yəhudi problemi olmazdı”. Bu yerdə Game of thrones serialında Stark ailəsinin məşhur şüarını xatırladım. The North remembers!
Adolf Hitler Linçdən gedəndən sonra bir daha aydın oldu ki, o, Bloxu unutmayıb. Bütün yəhudilər yaşayan evlərin önunə sarı rəngli yəhudi yazılan plakatlar vurulduğu halda Bloxa bu, aid edilməmişdi. Blox bütün almanlara aid statusdan yararlanırdı. Hitler sanki bütün dünyaya Bloxun onun şəxsi yəhudisi olduğunu hiss etdirmişdi.